Bu gün səhər saatlarında Sumqayıtda məskunlaşan qubadlılar Qubadlının işğal edilməsinin növbəti ildönümünü Şəhidlər Xiyabanını ziyarət etməklə anıblar. Bu barədə Moderator.az saytını bilgiləndirən özəl mənbənin sözlərinə görə, tədbirdə Qubadlı rayonunun icra başçısı Malik İsaqov da iştirak edib. Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda gedən döyüşlərdə şəhid olanların xatirəsini ehtiramla anan qubadlılar, düşmən nəzarətindəki ərazilərin işğaldan yaxın gələcəkdə azad ediləcəyi ilə bağlı inamlarını ifadə ediblər. Qubadlının azad edilməsi üçün müharibəyə hazır olduqlarını bildirən rayon sakinləri, bunun üçün sadəcə ali baş komandanın çağırışına ehtiyac duyduqlarını qeyd edib.
Şamil




































































































