Yeni “EL” hərəkatı yarandı

Hazırda oxunan: Yeni “EL” hərəkatı yarandı

32768
Eldar Namazovun rəhbərlik etdiyi "EL" hərəkatı onun əlindən alınır. Bu gün "EL" hərəkatının Ali Məclisinin sabiq sədr müavini Əflan İbrahimovun sədrliyi ilə yeni qurumun təsis toplantısı keçirilib. Bu barədə Trend-ə Ə.İbrahimovun özü məlumat verib.

Ə. İbrahimov bildirib ki, bu gün "EL" hərəkatının təsis yığıncağı keçirilib: "Biz bu gün təsis konfransı keçirdik və bəyan etdik ki, "EL" hərəkatının yaradıcısı bizik və bu hərəkat bizimdir".

Qeyd edək ki, toplantıda "EL" hərəkatının ilk yaradıcılarından olduğu bildirilən qurumun Şamaxı rayon təşkilatının sədri Rəhim Qasımov, Qusar rayon təşkilatının sədri Aqil Şahvələdov, Qaradağ rayon təşkilatının sədri Rəsul Qurbanov və təşkilatın üzvləri iştirak ediblər.

İştirakçılar "EL"in indiki fəaliyyətindən narahat olduqlarını, təşkilatın siyasi fəaliyyətinin düzgün istiqamətdə aparılmadığını bəyan ediblər. Belə ki, toplantı iştirakçıları onlar tərəfindən yaradıldığını dedikləri "EL"i Eldar Namazov və Eldəniz Quliyevin əlindən alacaqlarını bildiriblər.

Təsis toplantısında qərara alınıb ki, avqustun 30-da Beynəlxalq Mətbuat Mərkəzində "EL"in rayon təşkilatlarının iştirakı ilə iclas keçirilsin və təşkilat yenidən formalaşdırılsın. Əflan İbrahimovun "EL" hərəkatının sədri seçilməsinə qərar verilib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin