Müsavat Partiyası başqanı İsa Qəmbərin təşəbbüsü ilə partiyanın 4 yanvar tarixli qərarı lığv olunub. İ.Qəmbər namizədliyini Milli Şuranın yeni vahid namizədi Cəmil Həsənlinin xeyrinə geri götürüb.
Moderator.az xəbər verir ki,bu barədə Teleqraf.com-a partiya başqanının müavini Mehman Cavadoğlu məlumat verib: "Partiya Ali Məclisinin sonuncu toplantısında seçki məsələlərini müzakirə etmək səlahiyyəti Divana həvalə edilmişdi. Divanın bugünkü toplantısında İsa Qəmbər öz namizədliyini geri götürməyi təklif etdi. Divan təklifi müzakirə edərək uyğun qərar qəbul etdi. Qərara əsasən Müsavat Partiyasının 4 yanvar tarixli qərarı qüvvədən düşdü".
M.Cavadoğlu əlavə etdi ki, partiyanın bütün strukturlarına, o cümlədən seçki qərargahlına tapşırılıb ki, prezident seçkilərində C.Həsənlinin namizədliyi müdafiə olunsun.
Qeyd edək ki, Müsavat Partiyası bu ilin yanvarında İ.Qəmbərin namizədliyi ilə prezident seçkilərinə qatılmaqla bağlı qərar qəbul edib.



































































































