Saray sakinləri marşurut qıtlığından şikayətçidir

Hazırda oxunan: Saray sakinləri marşurut qıtlığından şikayətçidir

32373


Abşeron rayonunun Saray qəsəbəsində marşrut qıtlığı müşahidə edilir. Bu barədə Moderator.az saytını Saray sakinləri məlumatlandırıb. Vətəndaşların sözlərinə görə, qəsəbə, xüsusilə də onun bağ massivinə marşrutlar bir saatdan bir gəlir ki, bu da insanların mənzilbaşına vaxtında çatmasına problem yaradır: 
“Saray qəsəbəsində marşrutların hərəkət qrafiki ötən əsrin 40-50-ci illərinin ucqar dağ kəndlərini xatırladır. Şəxsi avtomobilləri nəzərə almasaq, qəsəbə və onun bağ massivində ictimai nəqliyyatın görünməsi əsl hadisəyə çevrilir. İctimai nəqliyyat vasitələri ərazidə yalnız bir saatdan bir görünür ki, bu da təbii ki, vətəndaşları qane etmir. Qəsəbə sakinləri hesab edir ki, analoqsuz iqtisadi inkişafla bağlı ölkə telekanallarının hər gün onlarla bəyanat səsləndirdiyi bir zamanda ölkənin ən iri qəsəbələrindən birində ictimai nəqliyyatın qəhətə çəkilməsi anlaşılan deyil. Vətəndaşların fikrincə, qəsəbəyə yeni marşrut xətləri açılmalı, habelə hazırda fəaliyyətdə olan marşrutların sayı artırılmalıdır”.


 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin