Fizuli Ələkbərovun qəbuluna düşə bilməyən vətəndaşlar nədən şikayətçidir?

Hazırda oxunan: Fizuli Ələkbərovun qəbuluna düşə bilməyən vətəndaşlar nədən şikayətçidir?

32359


“Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında” Qanuna görə mərkəzi icra hakimiyyəti orqanlarında - nazirlik və komitələrdə- vətəndaşlar qəbul edilib dinlənilməli, onların müraciətləri müvafiq vaxtda araşdırılmalı və cavab verilməlidir. Qanuna görə, nazir və komitə sədrləri özləri də heç olmasa ayda bir dəfə qəbul günü keçirməlidir. Nazir və komitə sədrlərinin qəbul günü var. Amma həmin günlərdə onlar vətəndaşları qəbul edirlərmi”¦? 

Bu suala birmənalı olaraq “hə” cavabını vermək çətindir. 

Araşdırmalar göstərir ki, bir sıra hallarda birinci şəxslər öz qəbul günlərində iştirak etmir, vətəndaşları dinləyib yola salmağı öz köməkçilərinə həvalə edirlər. Köməkçilər isə şikayətə gələnləri mümkün üsullarla geri qaytarmağa çalışır ki, onlar birinci şəxsləri narahat eləməsinlər. Ümumiyyətlə, bəzi yüksək vəzifəli şəxslər tərəfindən vətəndaşların qəbulu müşkül məsələyə çevrilib. 

Qeyd etdiyimiz kimi, nazirliklərə, komitələrə rəhbərlik edən birnci şəxslərin özlərinin ayrıca qəbul günləri var. Amma vətəndaşlar qəbula düşə bilirlərmi? 

Dünən həftənin bazar ertəsi günü idi. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qəbul otağında qələbəlik idi. Vətəndaşlar nazir Füzuli Ələkbərovun qəbuluna düşmək istəyirdilər.
Onlar arasında “Şəhid Ailələrinə Sosial Dəstək” ictimai birliyinin sədri Almaz Zeynalova da var. O nazirin qəbuluna bir aydır ki, düşə bilməməsindən nazirliyin əməkdaşından şikayətləndi: 

“Bir aydır ki, Füzuli Ələkbərovun qəbuluna düşə bilmirəm. Mən qeyri-hökumət təşkilatının rəhbəri olaraq müraciət etmişəm ki, nazir məni qəbul eləsin. Ancaq süründürürlər məni. Mən şəhid ailəsiyəm, həyat yoldaşım şəhid olub. Rəhbəri olduğum təşkilat da şəhid ailələri ilə bağlı təşkilatdır, bu ailələr təşkilatımızın üzvləridir. Şəhid ailələri ilə yaxınlarda görüşümüz oldu, onların problemlərini müzakirə etdik. Müzakirənin nəticəsi ilə bağlı gəldim bu nazirliyə ki, şəhid ailələrinin sözünü çatdırım. Ancaq bizə olan münasibətə baxın. Qəbul otağında vətəndaşalrı qeydiyyata alan Bayram adlı şəxs mənə təzyiq etdi. Belə ki, məni qəbul otağından çıxarmaq üçün qucaqlayıb bayıra atmaq istədi. Mən sərt reaksiya verdim. Bu şəxsin vətəndaşları narazı salır, əalvə problemlər yaradır. Əsəb sistemimi pozub”.

Qəbula gələnlərdən olan 1968-ci il təvəllüdlü Əsədova Arzu Kamil qızı da nazirin qəbuluna düşə bilməməkdən şikayətləndi: “Mən bu ilin aprel ayına qədər Bilgəh Qocalar Evinin sakini idim. ANS-in “İç Xəbər” verilişini qocalar evinə dəvət edib problemləri işıqlandırmaq istədim. Elə bundan sonra məni ordan qovdular. Mənə dedilər ki, şikayətim Qocaların Evinin rəhbərinina adına deyil, nazir Füzuli Ələkbərovun adına yazılıb. Məni ittiham etdilər ki, nazirə qarşı çıxmışam. Və beləliklə mən Qocalar Evindən kənarda qaldım”.

Vətəndaşların şikayəti ilə bağlı adı hallandırılan Bayram adlı şəxslə danışdıq. O bildirdi ki, nazir qəbulu rayonlarda keçirir: “Almaz Zeynalovanı Dövlət Sosial Təminat Xidmətinin rəisi Asəf Əliyev bu həftənin cümə günü müraciəti əsasında qəbul edəcək. Nazrin nə vaxt qəbul günü keçirəcəyini bilmirəm. Müraciətlərə uyğun olaraq nazirliyin səlahəyyətli şəxsləri var, onlar qəbul edəcək”.

Bayram müəllimin sözlərinə görə, müraciət edənlərin həri biri qəbula yazılırlar. O, Almaz Zeynalovanın ittihamını qəbul etmədi. 

Məcburi köçkünlər, şəhid ailələri, əlilliyi olan insanlar qəbul otağının qarşısında dayanıb qəbula düşmək üçün mübahisə edirlər. Qəbul otağında olan vətəndaşlar nazirin qəbuluna düşə bilməməkdən şikayətləndilər. 

Onu da öyrəndik ki, vətəndaşlar nazirlikdə yüksək vəzifələr tutan məmurların özlərinin elektron poçt ünvanlarını (e-mail), telefon nömrələrini bilmirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin