Azərbaycanın ali təhsil
müəssisələrinin magistraturalarının boş qalan plan yerlərinə ixtisas seçimi
müsabiqəsində iştirak etmək istəyənlərin sayı açıqlanıb. Moderator.az-ın xəbərinə görə,
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətinin rəhbəri Elnur
Nağızadənin ANS PRESS-ə verdiyi məlumata görə, magistraturaların boş qalan plan
yerlərinə qəbul olmaq üçün 1539 nəfər bakalavr elektron ərizəsini təsdiq
edilib. Bunlardan 1399 nəfəri Azərbaycan, 140-ı isə rus bölməsi üzrə sənəd
verib. Müsabiqənin nəticələri 2 gün ərzində açıqlanacaq.
2013/2014-cü tədris ili üçün
Azərbaycan ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanının ilk
mərhələsi martın 3-də, ikinci mərhələsi isə iyunun 23-də keçirilib. Magistraturaya
qəbul olmuş 5765 bakalavrın 85,74 faizi, yəni 4943-ü qeydiyyatdan keçib.
Bakalavrların 822 nəfəri tələb olunan müddətdə qeydiyyatdan keçmədiyi üçün bu,
onların həmin bakalavrların magistraturada təhsil almaqdan imtina etməsi kimi
qiymətləndirilib və həmin yerlər də vakant sayılıb.
Xatırladaq ki, bu il
magistratura səviyyəsinə qəbul 60 proqram üzrə aparılıb və 6794 plan yeri
ayrılıb.
































































































