Rəşadət Axundovun vəsatəti təmin edilmədi

Hazırda oxunan: Rəşadət Axundovun vəsatəti təmin edilmədi

31977

Avqustun 13-də Nəsimi Rayon Məhkəməsində “Nida” Vətəndaş Hərəkatı İdarə Heyətinin üzvü Rəşadət Axundovun həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması haqda vəsatətə baxılıb. “Media forum” saytının məlumatına görə, məhkəmə vəsatəti təmin etməyib.
Martın 30-da Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsi Rəşadət Axundova qanunsuz olaraq partlayıcı maddələr əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə maddəsi ilə ittiham irəli sürüb, Nəsimi Rayon Məhkəməsi isə onun barəsində qətimkan tədbiri seçib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin