Dünən Ana Vətən Partiyası Xətai rayon təşkilatının ofisinin açılışı olub.
Moderator.az-ın məlumatına görə, açılışda AVP Mərkəzi Aparatının Qadınlar Şurasının sədri Yeganə Hacıyeva, Təşkilat Şöbəsinin məsləhətçisi Mikayıl İbrahimov, Ümumi Şöbəsinin məsləhətçisi Tünzalə İsmayılova və Xətai rayon təşkilatının bir qrup fəalı iştirak ediblər.
Y.Hacıyeva və M.İbrahimov çıxışlarında partiya üzvlərini bu əlamətdar gün münasibətilə təbrik edərək, yeni ofisin açılışının partiyanın rayon təşkilatının fəaliyyətində mühüm rol oynayacağını bildiriblər.
M.İbrahimov eyni zamanda qarşıdan gələn prezident seçkilərində partiya üzvlərini fəallıq nümayiş etdirməyə çağırıb.

































































































