Milli Təhlükəsizlik Nazirliyinin keçirdiyi əməliyyat zamanı Bakıda
dələduzluq edən şəxs Cəlilabad rayonunda saxlanılıb. Moderator.az-ın ANS PRESS-ə istinadən məlumatına
görə, Cəlilabad rayon M.P.Vaqif küçəsində yaşayan 1981-ci il təvəllüdlü Vaqif
İmanxan oğlu Niftiyev keçirilən əməliyyat zamanı qaçmaq istəyib.
Müqavimətlə qarşılaşan MTN əməkdaşları Vaqif Niiftiyevə atəş açmağa
məcbur olublar. Çiyin və ayaq nahiyəsindən yaralanan Vaqifi ələ keçirmək mümkün
olub. Saxlanılan zamanı onun tək olmadığı məlum olub.
Qeyd edək ki, saxlanılan Vaqif Niftiyev Rusiya Federasiyasında da bir
müddət həbsdə olub.
































































































