İran xəstəxanasında girov saxlanılan azərbaycanlı körpə valideynlərinə təhvil verildi

Hazırda oxunan: İran xəstəxanasında girov saxlanılan azərbaycanlı körpə valideynlərinə təhvil verildi

31768


Təbrizin Şəhid Mədəni xəstəxanasında müalicə alan və bir neçə gün ərzində girov saxlanılan 5 aylıq Emil Məlikov dünən valideynlərə təhvil verilib.
İranın Azərbaycandakı səfirliyindən APA-ya bildirilib ki, səfirlik xəstəxana rəhbərliyi ilə əlaqə saxlayıb.
 Xəstəxanadan mətbuatda gedən məlumatları təkzib edərək bildiriblər ki, uşağın əməliyyatı üçün valideynlərinə endirim edilib və əməliyyat olunandan sonra o, ailəsinə təhvil verilib: “Hazırda Emilin səhhətində heç bir problem yoxdur”.
 Qeyd edək ki, mətbuatda Emil Məlikovun Təbrizin Şəhid Mədəni xəstəxanasında girov saxlanılması barədə məlumatlar yayılıb. Bunun səbəbi kimi xəstəxananın körpənin ürəyindən əməliyyatı üçün əlavə pul tələb etməsi və valideynlərin əvvəlcədən razılaşdırılmamış məbləği ödəyə bilməməsi göstərilib. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin