DİN-nin Bakıdakı bəzi özəl
klinikalarda əməliyyat keçirməsi və bir sıra neqativ hallar aşkarlaması ictimai
rəydə fərqli mülahizələrə səbəb olub. Məlum məsələ ilə bağlı Moderator.az saytının sualını cavablandıran tibb
sahəsi üzrə ekspert, professor Adil Qeybulla belə bir müdaxilənin
yolverilməz olduğunu bildirdi:
“Əslində DİN-nin özəl
klinikalarda əməliyyat keçirməyə haqqı yoxdur. Özəl klinikalara nəzarət Səhiyyə
Nazirliyinə məxsusdur və bu nəzarəti ancaq Səhiyyə Nazirliyi həyata keçirə
bilər. Özəl klinikalarda vergi düzgün ödənilmirsə, vergi qanunvericiliyinin
tələblərinə əməl edilmirsə onları Səhiyyə Nazirliyi və əlaqədar vergi orqanları
yoxlaya bilər. Qalan bütün hallarda özəl klinikalara müdaxilə sui-istifadədir
və düzgün hesab edilə bilməz”.
Seymur Əliyev
































































































