Polkovnikin adı ictimaiyyətə o qədər tanış olmasa da Bakı və Sumqayıt bazarlarındakı balıq alverçilərinə yaxşı tanışdır. Sual yarana bilər-hərbi polis idarəsinin rəisi hara, balıq alverçiləri hara? Məsələ ondadır ki, Bəbir Həsənov xeyli müddətdir ki, balıq biznesinə girişib. Cemiyyet.net-ə verilən məlumata görə,Yaşmada ovçuluq təsərrüfatlarından birindəki göldə Həsənov balıqartırma təsərrüfatı yaradıb. Təsərrüfatda yetişdirilən balıqların satışı və realizə edilməsini isə Sumqayıt Hərbi Polis İdarəsinin rəisi Nəriman Həsənov öz üzərinə götürüb
Hazırda Sumqayıtın bütün bazarlarında, o cümlədən Bakının bir neçə bazarında balıq alverçilərini məhsulla məhz Nəriman Həsənov təhciz edir. Məhz balıq biznesində rəis əvəzi ilə şərik olduğu üçün 49 yaşlı Nəriman Həsənov təqaüdə göndərilmir. Halbuki təqaüd yaşı artıq 2 ildir ki tamamlanıb. O da deyilir ki, hərbiçilərin balıqartırma sahəsində Caspian Fish Co ilə “uğurlu” rəqabət aparmasının səbəbi malın ucuz başa gəlməsidir. Çünki şirkətdən fərqli olaraq Yaşmadakı təsərrüfatda muzdlu işçilər yox adı əskərlər pulsuz olaraq kölə kimi işlədilir.
Digər bir məlumat isə onunla bağlıdır ki, dövlət tərəfindən hərbi polisin ixtiyarına verilmiş avtomobillərin təmiri üçün ayrılmış pullar Bəbir Həsənov tərəfindən mənimsənilib. İndi bu korrupsiya faktı açılmasın deyə rəis hərbi polisin gizir heyətini kağız üstündə "ezamiyyət"ə yollayır.Yəni ki ,əslində heç bir rayona ezam yoxdur. Sadəcə ezamiyyə pulları ilə avtomobillərin təmirinə ayrılmış vəsait bərpa olunur.
P.S Bu məlimatlar tərəfimizdən dərc olunduqdan sonra Bəbir Həsənov təcili şəkildə Nəriman Həsənovun xidməti yerini dəyişərək onu Zaqatalaya rəis göndərib. Amma yenə təkrar edirik,bu heç nəyi dəyişmir-Nəriman Həsənovun təqaüd yaşı çoxdan yetişib


























































































