Prezident təqaüdü alanların sayı açıqlandı - 35 min

Hazırda oxunan: Prezident təqaüdü alanların sayı açıqlandı - 35 min

31401
Son on ildə Azərbaycan Respublikası qarşısında xüsusi xidmətlər göstərmiş şəxslərin sosial rifah halının yaxşılaşdırılması məqsədilə ölkəmizdə ayrı-ayrı kateqoriya şəxslərə Azərbaycan Respublikası Prezidenti təqaüdü institutu formalaşıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, bu müddətdə  34 961  nəfərə Azərbaycan Respublikası Prezidentinin müxtəlif Fərman və Sərəncamlarına əsasən, Prezident təqaüdləri təyin olunub. Həmin təqaüdlərin orta aylıq məbləği 116,4 manatdır. Son on ildə Şəhid ailələrinə verilən Prezident təqaüdlərinin orta məbləği 60,5 faiz, müharibə əlillərinə verilən Prezident təqaüdlərinin orta məbləği 10 faiz, Prezidentin fərdi təqaüdlərinin orta aylıq məbləği isə 5 dəfə artıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin