Rüstəm İbrahimbəyov Bakıya gələcəyi tarixi açıqladı

Hazırda oxunan: Rüstəm İbrahimbəyov Bakıya gələcəyi tarixi açıqladı

31169

Milli Şuranın sədri Rüstəm İbrahimbəyovun ölkəyə gələcəyi təqdirdə vergidən yayınma ittihamı ilə həbs olunacağına dair informasiyalar yayılıb. Onun rəhbərlik etdiyi Kinematoqrafçılar İttifaqı ilə bağlı vergidən yayınma ittihamı üzrə cinayət işi başlandığı bildirilir. Ancaq bu haqda indiyədək ətraflı rəsmi açıqlama verilməyib.

“İstintaq sirri faktoru ilə bağlı bu məsələyə dair hər hansı bir məlumat verilmir”. Bu sözləri “Yeni Müsavat”ın əməkdaşının sorğusuna cavab olaraq Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov deyib. 

Qeyd edək ki, əməkdaşımız sorğuda Milli Şuranın sədri və vahid namizədi Rüstəm İbrahimbəyovun ölkəyə gələcəyi təqdirdə həbs olunub-olunmayacağı sualına aydınlıq gətirilməsini istəyib. 

İyulun 23-də isə R.İbrahimbəyov həbs oluna biləcəyi ehtimalı ilə bağlı açıqlama verərək deyib: “Həbs olunmaq üçün səbəblər göstərilməlidir. Belə bir səbəblər yoxdur. Cinayət işi açılanda bununla bağlı məlumat verilir. Mənə belə bir məlumat verilməyib”. Milli Şuranın sədri və vahid namizədi R.İbrahimbəyov haqqında vergidən yayınma ilə bağlı cinayət işi başlandığını və Bakıya gələcəyi halda həbs olunacağı barədə yayılan məlumatlara münasibət bildirib. Deyib ki, belə bir xəbərin yayılmasının məqsədi onu qorxutmaqdır. Onun sözlərinə görə, bununla belə, bu məlumatları yayanlar məqsədlərinə çatmayacaqlar. 

R.İbrahimbəyovun Azərbaycana dönəcəyi halda həbs ediləcəyi barədə xəbəri “Olaylar” İnformasiya Agentliyi yaymışdı. Agentlik bildirmişdi ki, Milli Şura sədrinin rəhbərlik etdiyi Kinematoqrafçılar İttifaqı ilə bağlı açılan vergidən yayınma ilə bağlı cinayət işi ilə əlaqədar R.İbrahimbəyov də məsuliyyətə cəlb ediləcək.

Bu arada R.İbrahimbəyov Bakıya gələcəyi dəqiq tarixi də açıqlayıb. O bildirib ki, iyulun 31-də saat 12 radələrində Tiflis-Bakı təyyarə reysi ilə Bakıya gələcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin