Penitensiar Xidmət təkzib etdi: "heç bir qiyam olmayıb"

Hazırda oxunan: Penitensiar Xidmət təkzib etdi: "heç bir qiyam olmayıb"

30989
“Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 12 saylı cəzaçəkmə müəssisəsində hər hansı qiyam və yaxud iğtişaş baş verməyib ”. Bu açıqlamanı APA-ya Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov deyib. 

M. Sadıqov bildirib ki, orada qiyam baş verməsi barədə bəzi kütləvi informasiya vasitələrində yayılan məlumatların heç bir əsası yoxdur: “Bizdə konvoy dəstələri planlı şəkildə hər həftənin şənbə günü barələrində hökm çıxmış və Qaradağ rayonunda yerləşən cəzaçəkmə müəssisələrindən birində cəzasını çəkməyə məhkum edilmiş məhkumları istintaq təcridxanasından müəssisəyə, həmçinin həmin müəssisələrdə olan xəstə məhkumlar müalicə müəssisəsinə aparır”.

Qeyd edək ki, bu haqda informasiyanı Aznews.az yayıb. Həmin məlumatda məhkumların saxlanma şəraitinə etiraz etdikləri və əraziyə xüsusi konvoy dəstələrinin cəlb olunduğu vurğulanıb. 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin