Müəllimlər İnstitutu Mingəçevir filialının direktoru işdən qovuldu

Hazırda oxunan: Müəllimlər İnstitutu Mingəçevir filialının direktoru işdən qovuldu

30844

Azərbaycan Müəllimlər İnstitutunun (AMİ) Mingəçevir filialında baş verənlər barədə məlumat dərc etmişdik. Xatırladaq ki, hələ bir müddət əvvəl Mingəçevir filialında bu təhsil müəssisəsinin iki müəllimi arasında yaranan davadan sonra bəzi məlumatlar üzə çıxmışdı. AMİ Mingəçevir filialının tədris hissə müdiri Vahid Quliyevlə elə həmin institutun müəllimi Müsəllim Hümbətov arasında yay imtahan sessiyasıyla bağlı mübahisə sonradan bu təhsil ocağında baş verənləri çılpaqlığı ilə ortalığa qoydu. 

Konfliktlərdən sonradan AMİ-nin rektoru, deputat Aqiyə Naxçıvanlının və onun Prezident Administrasiyasında çalışan həyat yoldaşının adı çəkildi. Filial direktorunun bu posta gəlməsi üçün Aqiyə Naxçıvanlıya 200 min manat rüşvət və Bakı şəhərində 4 otaqlı mənzil verdiyi iddiası ortaya çıxdı. Düzdür, “Bizim Yol”a açıqlamasında Aqiyə Naxçıvanlı Xatirə Həsənovanın ona rüşvət verməsi barədə iddiaları təkzib edib: “Biz hazırda Mingəçevir Filialında yoxlamalar aparırıq. Elmi Şuranın qərarı ilə Monitorinq Qrupu oradadır. Heç bir rüşvətdən, özbaşınalıqdan söhbət gedə bilməz. Mənim həyat yoldaşımın adının bu məsələlərə qoşulması mədəniyyətsizlikdir. Həyat yoldaşım niyə mənim arxamda durmalıdır? Hanı dövrdə yaşayırıq? İşimi düzgün aparıramsa, kənar dəstəyə niyə ehtiyacım olsun? Xatirə Həsənova orada müvəqqəti olaraq, bu vəzifəni icra edir”.

Dünən isə AMİ Mingəçevir filialının direktorunun işindən azad edildiyi barədə xəbər aldıq. Xəbərdə qeyd olunur ki, Şura iclasında Aqiyə Naxçıvanlı filialda baş verənlərin artıq ictimailəşdiyini, mediada barəsində müxtəlif dedi-qoduların səsləndirildiyini əsas gətirərək, Xatirə Həsənovanı işindən azad edib. AMİ Mingəçevir Filialından xəbəri təsdiqləyiblər.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin