Ağdaş rayon sakini olan ruhi xəstə özünü Hərbi Hospitalın Terapiya
şöbəsinin inzibati binasının damından atmağa cəhd göstərib
Moderator.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına
istinadən xəbər verir ki, iyulun 1-də Bakının Nəsimi rayonu C.Məmmədquluzadə
küçəsində Ağdaş rayon sakini, ruhi xəstə Mehdi Musayev özünü Hərbi Hospitalın
Terapiya şöbəsinin inzibati binasının damından atmağa cəhd göstərib.
Cəhdin
qarşısı Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Bölməsinin əməkdaşları
tərəfindən alınıb.
































































































