Səfər Əbiyevlə Rövşən Əkbərov arasında qalmaqal baş verib?

Hazırda oxunan: Səfər Əbiyevlə Rövşən Əkbərov arasında qalmaqal baş verib?

30061

Azərbaycan ordusunun yaranmasının 95 illiyinə həsr olunan parad müdafiə naziri Səfər Əbiyevlə Şəmkir ordu birləşməsinin komandanı, Milli Qəhrəman, general Rövşən Əkbərov arasında yeni qalmaqala səbəb olub.  

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Müdafiə Nazirliyi digər ordu birləşmələrinin komandanlarını parada dəvət etsə də, Rövşən Əkbərov təntənəli mərasimə çağırılmayıb. Lakin general bununla barışmayıb və paradda iştirak edə bilib. İyunun 25-də axşam saatlarınadək gözləyən R.Əkbərov Prezident Administrasiyasındakı dostları vasitəsilə vəziyyəti prezident, Ali Baş komandan İlham Əliyevə çatdırılmasına nail olub. Prezident İlham Əliyev generalın hərbi parada çağırılması tapşırığını verib. Bundan sonra gecə saatlarında R.Əkbərov parada dəvət alıb. Dəvəti isə ona Prezident Administrasiyanın hərbi sahə ilə işləyən əməkdaşları çatdırıb. General gecə saatlarında Bakıya yola düşüb və paradda iştirak edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin