“Bəzi xəbər saytlarında guya interpol tərəfindən Gürcüstanda saxlandığım barədə yer alan məlumatlar həqiqətə uyğun deyil. Gürcüstanda Azərbaycan hökumətinə yaxşı bələddirlər ona görə də məni orada saxlamazlar” Bu sözləri Moderator.az-a eksklüziv açıqlamasında hazırda Avropada yaşaya keçmiş hərbçimiz İsa Sadıqov söyləyib. Onun sözlərinə görə onunla bağlı hərbi prokurorluğun açıqlaması onun Milli Şuraya dəstəyindən sonra ortaya çıxdı.
Qeyd edək ki, Azərbaycanın Hərbi Prokurorluğunun xüsusi istintaq idarəsi tərəfindən İsa Sadıqova Cinayət Məcəlləsinin 341.3 cü maddəsi ilə cinayət işi başlanıb.
Dia.az saytı isə xəbər yayıb ki, İsa Sadıqovu Gürcüstanda saxlayıblar


































































































