“Tofiq Zülfüqarovun təklifi ilə razıyam” – “Düşmənə on qat artıq itki yaşatmalıyıq”

Hazırda oxunan: “Tofiq Zülfüqarovun təklifi ilə razıyam” – “Düşmənə on qat artıq itki yaşatmalıyıq”

273515

Azərbaycanıln sabiq XİN rəhbəri Tofiq Zülfüqarov syatılmıza açıqlamsında erməni təxribatlarını önləməklə bağlı maraqlı təklif səsləndirib. T.Zülfüqarov bildirib ki, əgər Azərbaycan şəhid olan hər bri hərbi qulluqçusuna görə düşmənin 10 hərbçisini məhv etsə, bu, rəsmi İrəvanı təxribatlardan çəkindirən ən yaxşı gediş olar.

Moderator.az-a açıqlamasında bu təklifə münasibət bildirən “Atlas”Araşdırmalar Mərkəzinin rəhbəri politoloq Elxan Şahinoğlu bu təklifi dəstəklədiyini vurğulayıb:

“Tofiq Zülfüqarovla tamamilə razıyam. Bu fikir müdafiə naziri Zakir Həsənov tərəfindən də səsləndirilmişdi. Hörmətli müdafiə naziri də demişdi ki, düşmən törətdiyi hər təxribata görə bir neçə qat mislində cavab alacaq. Biz düşmənin cavabını bu nisbətdə verməliyik ki, onlar yerində otursunlar.

Mən hər zaman bildirirəm ki, atəşkəsin uzanması bizim xeyrimizə deyil. Snayperlərimiz daim işləməlidir. Düşmən anlamalıdır ki, işğaldakı torpaqlarımız üzərində öz xoşbəxt gələcəklərini qura bilməzlər. Bunu isə yalnız onlara daha çox itki yaşatmaqla başa salmaq olar. Bu mənada T.Zülfüqarovla razıyam. T.Zülfüqarov o şəxsdir ki, XİN-nin rəhbəri olub, bu danışıqlarda bilavasitə iştirak edib. Əgər o, yaxud vaxtiylə bu danışıqlarda iştirak edən Eldar Namazov deyirsə ki, problemin hərbi təzyiqdən başqa yolu yoxdur, bu, çox şeydən xəbər verir.

Mən özüm 15 il xalq diplomatiyasında iştirak ertmişəm. Ermənilərlə müxtəlif konfranslarda görüşmüşəm. xa0İki dəfə İrəvanda olmuşam. Mən də bu nəticəyə gəlmişəm ki, danışıqlarla problem həll olmayacaq. Onları sülhə məcbur etməyin yeganə yolu hərbi təzyiqi artırmaqdır”.

xa0

Seymur ƏLİYEV

xa0

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin