“Vətənpərvərlik sadəcə fəaliyyət deyil, bütövlükdə həyat tərzi olmalıdır”

Hazırda oxunan: “Vətənpərvərlik sadəcə fəaliyyət deyil, bütövlükdə həyat tərzi olmalıdır”

266597

“Vətənpərvərlik sadəcə fəaliyyət deyil, bütövlükdə həyat tərzi olmalıdır”.

Bu sözləri Moderator.az-axa0 açıqlamasında görkəmli bəstəkar, xalq artisti Faiq Sücəddinov bildirib.

Tanınmış bəstəkar hesab edir ki, valideynlər övladlarını hələ uşaq vaxtlarından vətənə bağlı şəkildə böyütməli, onlarda doğru dəyərlərin formalaşmasına diqqət yetirməlidirlər:

“İnsanların ürəyi vətənlə döyünməli, vətəni sevə-sevə yaşamalıdır. Uşaqlıqdan insan buna köklənməli, bu cür böyüməlidr. Valideynlər bu məsələyə diqqət yetirməli, uşaqların bu dəyərlərlə böyüməsini təmin etməlidir. Onlar övladlarını uşaq vaxtından buna kökləməlidir. Çalışmalıdırlar ki, uşaqlar böyüdükcə içlərindəki vətən sevgisi də böyüsün. Belə olarsa, o zaman vətənpərvərlik sözün həqiqi mənasında xa0həyat tərzinə çevrilər”.

xa0

Seymur ƏLİYEV

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin