Separatçılara dəstək verən müğənni bu kəs Türkiyəni ittiham etdi: Həm də terrorizmdə...

Hazırda oxunan: Separatçılara dəstək verən müğənni bu kəs Türkiyəni ittiham etdi: Həm də terrorizmdə...

258599

Amerikada yaşayan erməni rok müğənnisi Serj Tankian Türkiyə dövlətinin ünvanına böhtan xarakterli fikirlər səsləndirib.

Moderator.az erməni mətbuatına istinadən xəbər verir ki, erməni müğənni sosial şəbəkələrdən birindəki səhifəsində Suriyaya daxil olan Türkiyənin oradakı terror qruplara yardımxa0 etdiyini bildirib. O, bununla bağlı çoxsaylı “sübutların” olduğunu vurğulayıb.

Xatırladaq ki, 2016-cı ildə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın “Qarabağ bir gün təkrar gerçək saiblərinə dönəcək” fikrinə cavab olaraq S.Tankian ermənilərin Qarabağın tarixi torapqları olduğunu bildirmiş, bununla da Qarabağ separatçılarına dəstəyini ifadə etmişdir.

Məlumat üçün qeyd edək ki, Türkiyə xeyli müddətdir ki, Suriyada türk əsgərinin qanı və canı bahasına yalnız Türkiyənin deyil, bütün dünyanın rifahı və təhlükəsizliyi naminə terrorizmə qarşı mübarizə aparır və Ermənistan, habelə dünyanın müxtəlif ölkələrində məskunlaşan ermənilər bu müddət ərzində dəfələrlə bu mübarizəyə kölgə salmağa, Türkiyənin məlum fədakarlığına fərqli don geyindirməyə çalışıb.

xa0

Seymur ƏLİYEV

xa0

xa0

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin