Son vaxtlar mənəvi dəyərlərimizin təbliğinə diqqətin artırılması, bu istiqamətdə bir sıra konkret layihələrin həyata keçirilməsi və s. məlum məsələnin cəmiyyət, ictimaiyyət üçün də aktuallığını artırıb.
Bəs mənəvi dəyərlərin təbliğində medianın hansısa rolu varmı? Media bu məsələdə üzərinə düşən vəzifənin öhdəsindən layiqincə gəlirmi?
Məsələ ilə bağlı Moderator.az-a açıqlama verən Mətbuat Şurasının sədr müavini, Jurnalistlərin Həmkarlar İttifaqının sədri, media eksperti Müşfiq Ələsgərlixa0medianın mənəvi dəyərlərin təbliği baxımından mühüm rol oynadığını qeyd etdi:
“Cəmiyyətdə istənilən məsələnin həlli, hər hansı məsələ ətrafında gedən müzakirələrin işıqlandırılması, onların mahiyyəti barəsində məlumatın verilməsi və s. baxımından medianın rolu böyükdür. Milli mənəvi dəyərlərlə bağlı baş verən proseslərin müzakirəsi ilə bağlı cəmiyyətin məlumatlandırılmasında medianın rolu əvəzsizdir. Milli mənəvi dəyərlərlə bağlı medianın həssas yanaşması olduqca vacibdir.
Hazırda istənilən sahədə modernləşmə prosesi gedir. Bu proses eyni zamanda mədəniyyət, mənəviyyat sahəsindəxa0 də var.xa0 Dəyərlər və münasibətlər sistemində yeniləşmələr gedir. Lakin bu yeniləşmə hansı formada getməlidir? Hansı yeniliklər qəbul edilməli, hansılarına sədd çəkilməlidir?xa0 Bu məsələrlə bağlı ciddi müzakirələr aparılır.
İkincisi, bu gün dünyda qloballaşma prosesi gedir. Bu prosesin həm müsbət, həm də mənfi çalarları var. Bu da mədəniyyətlərin ümumiləşməsi, milli-mənəvi münasibətlərin deqradasiyaya uğraması, yad meyllərin meydana çıxması ilə bağlıdır. Bunu nəzərə alaraq cənab prezident qloballaşma şəraitində ölkəmizin milli-mənəvi dəyərlərinin qorunması üçün bir neçə fərman və sərəncam imzalayıb.
Bu sahəyə cavabdeh olan dövlət qurumları, ziyalılarımız bir məsələ haqqında daha çox düşünür: necə edək ki, dünya ilə qaynayıb-qarışaq, müasir dünyaya inteqrasiya edək, eyni zamanda bizim milli kimliyimizi ehtiva edən dəyərləri də qoruyaq. Bu müzakirələri cəmiyyətə media çatdırır və öz funksiyasını lazımınca yerinə yetirir. Bu baxımdan medianın rolu inkaredilməzdir”.
xa0
Seymur ƏLİYEV
xa0




























































































