Ermənistan İranın ermənilərə münasibətindən razıdır – Bəs Azərbaycan?

Hazırda oxunan: Ermənistan İranın ermənilərə münasibətindən razıdır – Bəs Azərbaycan?

249128

Moderator.az xəbər verir ki, Ermənistan parlamentinin spikeri Ara Babloyan İrəvanda İranın millət vəkililləri ilə görüşündə İran hökumətinin oradakı ermənilərə münasibətindən məmnunluğunu ifadə edib. A.Babloyanın sözlərinə görə, İrandakı ermənilər onlara yaradılan şəraitdən istifadə edərək müxtəlif sahələrdə ciddi uğurlar əldə etməkdə, bununla da İranın inkişafına fayda verməkdədir.

Düşmən dövlətin spikeri Ermənistan-İran münsibətlərinin inkişafına da mühüm önəm verdiklərini diqqətə çatdırıb.

Xatırladaq ki, İranda on milyonlarla soydaşımızın yaşamasına baxmayaraq, rəsmi Tehran onların ana dilində təhsil almaq, mətbuata sahib olmaq və s. kimi təməl haqlarını hələ də tanımış deyil. Halbuki, İranda yaşayan erməənilərin ana dillərində mətbuat orqanları, məktəbləri mövcuddur. Onu da qeyd edək ki, İran hökumətinin oradakı soydaşlarımıza münasibəti dəfələrlə Azərbaycan mətbuatında tənqid olunsa da, rəsmi Tehranın fəaliyyətində müsbətə doğru hər hansı dəyişiklik müşahidə edilmir.

xa0

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin