1991-ci ildənxa0 torpaqlarımızdaxa0 bəslənən separatçı erməni rejimi artıq “Heyvandarlığın tənzimlənməsi və otlaqların idarə olunması” proqramını həyata keçirməyə başlayıb.xa0xa0
Moderator.az xəbər verir ki, “kənd təsərrüfatı nazirininxa0 müavini” hesab edilən Tiqran Arustamyan adlı məxluqun sözlərinə görə, proqram ilkin olaraq eksperiment kimi Azərbaycanınxa0 işğal altındakı 4 rayonunda və yalnız bir kənddə icra olunmağa başlanıb. Həmin kəndlərdən biri də Şuşanın 26 il öncə uğursuz əməliyyat nəticəsində 100-ə yaxın hərbçimizin şəhid olduğu Daşaltı kəndidir.xa0xa0
Məhsuldar torpağı olan Daşaltı kəndinin 2167 hektar sahəsi var ki, bundan 942 hektarı otlaqlardır. Lakin otlaqların cəmi 20 faizi işğalçılar tərəfindən istifadə oluna bilir. Çünki çəmənləri kol-kos basıb, yollar, cığırlar bərbad vəziyyətə düşüb və ərazidə heyvanların içməsi üçün su yoxdur. Buna görə dəxa0 otlaqların təmizlənməsi üçün 6 milyon dram(təxm. 12 min 317 dollar)xa0 yolların abadlaşdırılması üçün 480 min dram(təxm.985 dollar), otlaq ərazilərinə su çəkilməsi üçün 1 milyon 56 min dram (2168 dollar) ayırılıb.xa0xa0
Otlaqların hər hektarının təmizlənməsi üçün erməni kəndlilərə zəhmət haqqı olaraq 30 min dram nəzərdə tutulub. Bu işləri görmək üçün Daşaltıda yaşayan ermənilər tək-tək, yaxud qrup halında müraciət edə bilərlər. İlk mərhələdə 155 hektarlıq otlağı qaydaya saymaq planlaşdırılıb.xa0xa0
Daşaltında otlaqların çoxaldılması ermənilər üçünxa0 konkret rəqəmlərdə özünü göstərəcək. Hesablamalara görə,xa0 xa0nəzərdə tutulan işlər baş tutarsa, növbəti illər Daşaltında 32 ton mal əti, 1,2 ton qoyun əti, 235 min 850 litr süd istehsal olunacaq. Bu isə 2017-ci ilə nisbətdə 10-20 faiz çox olacaq.
P.S. Göründüyü kimi, ermənilərin torpaqlarımızda daimi məskunlaşması separatçı rejim tərəfindən hər vasitə ilə həvəsləndirilir...
Sultan Laçın
































































































