“İşğal edilmiş ərazilərlə bağlı qanun layihəsinin təşəbbüsü yalnız Azərbaycanda edilməyib. Buna qədərki dövrdə dövlətlərarasıxa0 konfliktə və müharibə reallığına malik olan bir çox ölkələrdə işğal edilmiş ərazilərlə bağlı qanun layihəsi qəbul edilib.xa0 Bu qanun layihəsinin qəbulunun əsas səbəbi ondan qaynaqlanır ki, işğalçı ölkə olan Ermənistanla Azərbaycan hər hansı bir diplomatik əməkdaşlığa malik deyil. Bu, ola da bilməz. Belə olan təqdirdə qarşı tərəf işğal etdiyi ərazilərdə çalışır ki, müxtəlif xarakterli sahiblənmə əməliyyatlarını həyata keçirsin. Yəni, həmin ərazilərdə olan təbii sərvətlərin mənimsənilməsi, bu bölgələrdə xarici kampaniyalarla birgə işin reallaşdırılması bildiyimiz silahlı işğalın başqa formada davam etdirilməsidir. Biz bu məsələyə vahid tabloda baxmalıyıq”.
xa0
Moderator.az xəbər verir ki, bu sözlərixa0Modern.az-axa0Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Zahid Oruc deyib.
xa0
Deputat bildirib ki, bu gün Kəlbəcərdən Xankəndinə qədər böyük bir zolaqda Ermənistan tərəfi Hindistanın, Avstraliyanın, Norveçin və başqa dövlətlərin içərisində yer alan şirkətləri, iş adamlarını ora cəlb etməyə çalışırlar.
xa0
“Məqsəd də ondan ibarətdir ki, guya həmin ərazilərə sərəncam vermək hüququ ermənilərə məxsusdur və bunu onlar qanuni bir hal kimi qələmə verirlər. Və külli miqdarda gəlir əldə edirlər. Digər tərəfdən də Azərbaycanın əleyhinə sanki müxtəlif beynəlxalq dairələr bu prosesdə yer alırlar. xa0Ona görə də parlamentdə müxtəlif dövrlərdə işğal altında olan ərazilərimizin hüquqi vəziyyəti ilə bağlı qanun layihəsi təşəbbüsləri olub”.
xa0
Deputat qeyd edib ki, ərazisi işğal altında olan qonşu ölkə Gürcüstanxa0 işğal edilmiş ərazilərlə bağlı beynəlxalq praktikanı nəzərə alaraq qanunu qəbul edib.
xa0
“Həmin sənəddə qeyd edilib ki, həmin ərazilərdə aparılan işlərin hamısı qanunsuzdur və torpaqların işğaldan azad olunması həyata keçirilən kimi onların bütün “qanuniliyi” ləğv ediləcək.xa0 Yəni, bu o anlama gəlir ki, hansısa bir əcnəbi şirkət orada hazırda müqavilə bağlayaraq işləyir və torpaqların azad edildikdən sonra onların müqaviləsi ləğv ediləcək.
Düzdür, Azərbaycanın işğal olunmuş torpaqlarında belə hallar baş verən zaman dövlət orqanlarımız tərəfindən reaksiyalar olur. xa0
xa0
Xarici İşlər Nazirliyi dərhal hadisə ilə bağlı notalar, etiraz bəyanatları, qərarlar rejimini işə salır. Müəyyən qədər bunların təsiri də var. İnkar etmək olmaz ki, müxtəlif şirkətlər məhz Azərbaycan tərəfi buna etiraz edəcək, sürüşkən bir müqavilədir deyə investisiyasını ora yatırtmaq istəmir”.
xa0
Z.Oruc Azərbaycanın işğal olunmuş ərazilərlə bağlı qanunun qəbul edilməsini vacib sayır.
xa0
“Bu qanunun qəbulu bizə imkan verəcək ki, işğal olunmuş ərazilərdə fəaliyyət göstərən şirkətlərə qanuna istinad edərək xəbərdarlıq edək. Eyni zamanda biz beynəlxalq məhkəmələrə müraciət etməyimizə geniş imkan yaradacaq. Bundda əlavə, qanun layihəsinə istinad edərək Azərbaycanın işğal altında olan ərazilərinə qanunsuz səfərlər həyata keçirənlərin məsuliyyətə cəlb edilməsi istiqamətində addımların atılmasına şərait yaranar. Biz hazırki reallıqda konstitusiyadan və beynəlxalq prinsiplərdən çıxış edirik.xa0
xa0
Ancaq biz real hüquqi müddəalardan çıxış edərək qarşı tərəflə davamızı daha düzgün səviyyədə aparmaq istəyiriksə, bu yöndə qanun qəbul edilməlidir”.
xa0
Qeyd edək ki, “Azərbaycan Respublikasının işğal edilmiş əraziləri haqqında” qanun layihəsi Milli Məclis Aparatına təqdim olunub. Qanun layihəsinin müəllifi Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Qüdrət Həsənquliyevdir.
Sənəd 12 maddədən ibarətdir.
xa0
Qanun layihəsində işğal olunmuş ərazilərdə hüquqi rejim, hərəkətin məhdudlaşdırılması, işğal edilmiş ərazilərdəki daşınmaz əmlakla bağlı mülkiyyət hüquqları və sair məsələlər konkret hüquqi formada təsbit olunub.




































































































