“Topaz”da udulan pul halal deyil... – Cümə bəhsləri...

Hazırda oxunan: “Topaz”da udulan pul halal deyil... – Cümə bəhsləri...

233519

Hələ sovet dövründən bəri müsəlman ölkəsi sayılan Azərbaycanda da lotereya, futbol mərcləri(“Sportloto”) kimi uduşlu oyunlar dövlət səviyyəsində təşkil edilirdi. Lakin o zaman biz dini, milli dəyərlərimizdən xeyli dərəcədə uzaqlaşmışdıq. Lakin 1985-ci ildən başlayan “yenidənqurma” illərindən və xüsusən hüquqi müstəqilliyimizi bərpa etdiyimiz 1991-ci ildən bəri milli-mənəvi dəyərlərimizxa0 və dinimizin unudulmuş bir sıra atributlarını öyrənməyə başlamışıq. Bütün qadağalara rəğmənxa0 sovet dövründə belə, uşaqdan-böyüyə əksəriyyət “Bissimillah” deməyi, Allaha, Qurana and içməyi tərgitməmişdi. 1991-ci ildən bəri dövlət başçılarımız da Qurana əl basaraq ölkə, dövlət və vətəndaşlar qarşısındakı vəzifələrinin icrası üçün əlindən gələni etməyə and içməyə başladı.xa0 Lakin Qərbdən gələn “demokratiya” deyilən və İslamın yanında qara qəpik qədər qiyməti olmayanxa0 mənfi, yoxsa müsbət olduğu anlaşılmayan cərəyan və içimizdən gələn tamah, var-dövlət, vəzifə hərisliyi sözlərimizlə əməllərimiz, əmllərimizlə dinimiz - İslamın, Qurani-Kərimin tələbləri arasında ziddiyyət yaranmasına səbəb oldu...xa0xa0



Məlum olduğu kimi, Allah Quranda şərab, donuz əti, Onun adı çəkilmədən kəsilmiş heyvan əti kimi içki və qidaları, qumar, zina və sələm kimi əməlləri haram buyurur. Lakin digər tərəfdən bir neçə ayədə vurğulanır ki, dində məcburiyyət yoxdur, sadəcə, hər kəs Qiyamət günü Yaradan qarşısında etdiyi hər bir haram əməlin hesabını verəcək. Azərbaycanda dünyəvi dövlət hökm sürdüyü üçün adı çəkilən 5 haram əməl və qidaya rəsmi qadağa qoyulmadığından onlar kütləvi şəkildə yayılıb. Lakin İslamda hər bir müsəlmanın qarşısında nəhy-əz münkər(pis əməldən çəkindirmək) və əmr be-məruf (yaxşı əmələ dəvət) deyilən vacib vəzifələr qoyulur ki, bunlara da hər bir özünü müsəlman hesab edən şəxs, xüsusən dini xadimlər, din alimləri, eləcə də Şeyxülsilam Allahşükür Paşazadə başda olmaqla Qafqaz Müsəlmanları İdarəsi rəhbərliyi və bu qurumun yerlərdəki nümayəndələri əməl etməlidir. Bu baxımdan bəndəniz də daimxa0 şərab, narkotik, haram qidalar kimi, mərc oyunlarına, o cümlədən “Topaz” a qurşanmış gəncləri bu əməllərdən çəkinməyə dəvət etməyi özünə borc bilir...xa0
İştirak edənlərin ortaya müəyyən miqdarda pul və yaxud qiymətli bir şey qoyub axırda qalib gələnin ona yiyələnməsi ilə nəticələnən hər növ oyun (adı nə olursa olsun) qumardır. Deməli, haramdır.
Hələ 2015-ci ildəxa0 oxucuların““Topaz” oyunlarını oynamaq haramdırmı? Haramdırsa niyə?” sualına İslam.az saytı belə cavab vermişdi:
““Topaz”oyunlarına qatılmaq haramdır. Çünki “Topaz” şəbəkəsi öz qaydaları baxımından “azartlı”, uduş həvəsli qumar oyunları sinfinə aiddir. İslamda isə dediyimiz kimi, qumar oynamaq böyük günah sayılır.
Mərhum eks-prezident Heydər Əliyev 1999-cu ildə verdiyi çox vacib fərmanla ölkədə, xüsusən Bakıda fəaliyyət göstərən kazinoların rəsmən ləğv etdirdi. Bundan sonra illərlə küçələrdə, kafe və çayxanalardaxa0 pullu loto oyunları keçirilməyə başladı. Bunun da kökü kəsildi. Təəssüf ki, bəzi işbazlar gizli şəkildə qanunsuz qumarxanalar, totalizatorlar təşkil etmək də davam edirlər. Yaxşı ki, hüquq-mühafizə orqanları vaxtaşırı belə haram bazalarını ifşa edir...xa0
Digər tərəfdən 2011-ci ildən “Topaz” kimixa0 qanuni mərc oyunlarına, totalizatorlara rəsmən meydan verildi.
Bilindiyi kimi, “Topaz” oyunlarında insanlar gələcək futbol oyunlarının nəticələri barədə proqnoz verərək, buna müəyyən miqdarda pul qoyurlar. Həmin proqnozun doğru ya səhv çıxmasından asılı olaraq, ya qoyduqları puldan artıq pul udur, ya da uduzurlar. Bu, klassik qumar ssenarisidir. Şansa bağlı olan, hələ nəticəsi bilinməyən bir hadisəyə proqnoz verərək pul yatırmaq və həmin hadisənin nəticəsindən asılı olaraq udub-uduzmaq qumarın əsas xüsusiyyətidir.
Neçə illərdir ki, “Topaz” şəbəkəsi bu yolla minlərlə adamın pul vəsaitini mənimsəyir. Bu kimi oyunlara qatılaraq həm udmaq, həm də uduzmaq günahdır. Uduzan haram yolla öz əmlakını tələf etmiş olur. Udan isə haram vəsait qazanmış olur”.xa0
Digər bir məsələ də ondan ibarətdir ki, həm lotereyada, həm də futbol mərclərində udulan pullarda yüzlərlə, minlərlə, bəzən milyonlarla insanın gözü, nəfsi qalır. Bu baxımdan da belə qazancların haramlığı aydınlaşır...xa0
Onuxa0 da xatırladaq ki, müsəlman-türk dünyasını tamamilə məhv etmək niyyəti güdən super güclərin silahlarından biri də məhz Allahın Quranda və digər səmavi kitablarda haram buyurduğu qida və əməlləri yaymaqdır. Hələ XVIII əsrin əvvəllərində Böyük Britaniya Krallığı Müstəmləkələr Nazirliyinin İslamı, xüsusən Osmanlı dövlətini məhv etməkxa0 məqsədi ilə tərtib etdiyixa0 1000 səhifəlik yüzillik planın İslamın güclü tərəflərini zəiflətmək üçün nəzərdə tutulan hissəsinin 2 –ci maddəsində deyilirdi:
“Müsəlman ölkələrində aşağıdakı 4 nəsnəni gizli və açıq şəkildə yaymaq lazımdr:xa0
1.Spirtli içkilər;xa0
2.Azartlı(qumar) oyunlar;
3. Zinakarlıq, fahişəlik;xa0
4.Donuz əti.xa0
Bunları həyata keçirmək üçün xristian, yəhudi dinlərinin və digər millətlərin həmin ölkələrdə yaşayan nümayəndələrindən maksimal dərəcədə istifadə etmək gərəkdir. Və bu istiqamətdə çalşanların səxavətlə mükafatlandırılması üçün nazirliyin büdcəsindən pul ayrılmalıdır”.
Eyni məqsədlə hazırlanmış digərxa0 50 səhifləlik planın 7-ci maddəsində isə belə yazılır:
“Əxlaqsızlıq, homoseksualizm, spirtli içkilər və azart oyunlar vasitəsi ilə müsəlmanlar arasında ixtilaf toxumları səpərək onları parçalamaq. Bunun üçün həmin ölkələrdə yaşayan qeyri-müsəlmanlardan istifadə ediləcək....”
Gizli oynanılan qumar oyunları kimi, futbol mərcləri də illərdir ki,xa0 neçə-neçə insanın həyatını məhv edir. Yeniyetmələrin valideynləri aldatmasına, öz evlərindən, yaxud özgə evlərindən oğurluq etməsinə, hətta orta yaşlı ailə sahiblərinin intiharınaxa0 və s. gətiribxa0 çıxarır. Odur ki, həyatda haram qazanc əldə edərək hər iki dünyada günaha bataraq cəzaya layiq olmaq yerinə halal zəhmətlə qazanc əldə etməyə çalışmaq lazımdır.
Biz bir müsəlman olaraq borcumuzu yerinə yetiribxa0 qumar və digər haramlardan uzaqlaşmaq barədə tövsiyəmizi verdik. Hər kəs seçimində azaddır. Amma Qiyamət günü həmin azadlıq olmayacaq...

Sultan Laçın
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin