“Bələdiyyələr İcra hakimiyyətindən asılıdır” - DEPUTAT

Hazırda oxunan: “Bələdiyyələr İcra hakimiyyətindən asılıdır” - DEPUTAT

212713
“Azərbaycanın bölgələrində bələdiyyə sədri təyin olunan şəxslər əksər vaxtı bu vəzifələri icra etməyə hazır olmurlar”.

Moderator.az bildirir ki, bunu Milli Məclisin plenar iclasında çıxışı zamanı deputat Elmira Axundova deyib.

E.Axundova söyləyib ki, buna görə də bələdiyyə sədrləri təlimlərə cəlb edilməlidir:

“Düzdür, ötən il təlimlərin sayı artsa da, tədris kursları artırılmalıdır. Ötənilki hesabatdan məlum olur ki, bələdiyyələrdən şikayətlər artsa da, əsaslandırılmış şikayətlərin təmin edilməsi halları azalıb. Vətəndaşların əsaslandırılmış müraciətlərinin nə üçün həllini tapmamasına cavab verilməlidir”.

Millət vəkili onu da əlavə edib ki, bələdiyyələrin problemlərinin başlıca səbəbi onların icra hakimiyyətlərindən asılı olmalarıdır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin