Azərbaycanda qeydiyyatdan keçən əsərlərin sayı açıqlandı

Hazırda oxunan: Azərbaycanda qeydiyyatdan keçən əsərlərin sayı açıqlandı

208333
2017-ci ildə Azərbaycanda 354 müəllifin 667 əsəri qeydiyyatdan keçirilib və əsərin qeydiyyatı haqqında 680 şəhadətnamə verilib.

Moderator.az xa0Trend-ə istinadən xəbər verir ki, o cümlədən “Elektron xidmət”x9d bölməsi vasitəsi ilə müəlliflərin 40 müraciəti əsasında 31 əsər qeydiyyatdan keçirilib və əsərin qeydiyyatı haqqında 31 şəhadətnamə verilib.

Müəllif Hüquqları Agentliyinin 2017-ci ilin yekunlarına dair hesabatında qeyd olunur ki, bununla yanaşı, hesabat ilində 7 müqavilə qeydiyyatdan keçirilib.

Əsərlərin və digər əqli mülkiyyət obyektlərinin qeydiyyatına görə dövlət büdcəsinə 3750 manat vəsait ödənilib. Əsərlərin rəsmi qeydiyyatının tətbiq edildiyi 1996-cı ildən 2018-ci il 1 yanvar tarixinədək Agentlikdə bütövlükdə 11554 əsər və əlaqəli hüquqların obyektləri, o cümlədən “Elektron xidmət”x9d bölməsi vasitəsi ilə 85 müəllifin 177 əsəri qeydiyyatdan keçirilib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin