"Sərdar Həmidov məni qucaqlayıb öpdü və qızıl saatını açıb qoluma bağladı"

Hazırda oxunan: "Sərdar Həmidov məni qucaqlayıb öpdü və qızıl saatını açıb qoluma bağladı"

187128

Keçmiş daxili işlər naziri İsgəndər Həmidovun son günlərdə yenidən peyda olmuş sabiq baş nazir Surət Hüseynovun müsahibəsinə münasibəti keçmiş müdafiə naziri Rəhim Qazıyevin narazılığına səbəb olub.xa0

R.Qazıyev Moderator.az-a açıqlamasında İ.Həmidovun bir fikri ilə razılaşmadığını bildirib:

“İgəndər Həmidovun Sürət Hüseynovun müsahibəsinə münasibətin oxudum. Orada bir abzas məni çox təəccübləndirdi. İsgəndər Həmidov deyir: “Surət Hüseynov yaxşı xatırlayar, Ağdərə-Kəlbəcər yolu açılanda o, tankları və qoşunları geri çəkmişdi. Guya tankları Gəncəyə təmirə aparırdı. Rəhmətlik qardaşım Sərdar Həmidov orada Surət və Rəhim Qazıyevin əsgərlərini qovdu. Surət Hüseynovun heç bir əməyi olmayıb”x9d.
Mən həmin ifadənin o dövrdə bir aya yaxın daxili işlər naziri olmuş İsgəndər Həmidova məxsus olduğunu qəbul edə bilmirəm. İnanmıram ki, bu fikri İsgəndər Həmidov deyib.xa0
Əvvəlcə “Surət Hüseynovun heç bir əməyi olmayıb”x9d fikrindən başlamaq istəyirəm. Sürət Hüseynovun Müdafiə Nazirliyində heç bir səlahiyyəti yox idi, III korpus yaranmamışdı, o zaman briqadalar idi. Həmin döyüş gedən ərazidə də briqadanın komandiri Nəcməddin Sadıqov idi. Həmin dövrdə orada nə Surətin, nə də Rəhim Qazıyevin əsgərləri olmayıb, orada yenicə yaranmış Müdafiə Nazirliyinin silahlı qüvvələrinin qeyrətli Azərbaycan balaları idi. Əllərində silah erməniləri o ərazidən qovmuşdular. Rəhmətlik Sərdar Həmidov xidməti otağında məni qucaqlayıb öpdü və qolundakı qızıl saatını açıb hədiyyə olaraq qoluma bağladı. Mənim qolumdakı iyirmi manatlıq saatı isə öz qoluna bağladı. İsgəndər Həmidov bu fikri deyibsə, ona bunları xatırlatmaq istəyirəm. Amma mən inanmıram ki, İsgəndər Həmidov bunu deyib. 13 iyun 1992-ci ildə İsgəndər Həmidov xidməti otağından mənə zəng edib. Deyib ki, “Rəhim, biz Ağdərəni azad etmişik”x9d. Demişəm “Bəli, azad eləmişik”x9d. İndi həmin adamın belə fikirlər səsləndirməsini anlaya bilmirəm”x9d.

Keçmiş nazir bildirib ki, İ.Həmidov bu fikri deyibsə, əvvala, bu, qardaşı Sərdar bəyin ruhuna hörmətsizlikdir:

“İkincisi, Rəhim Qazıyevin dədəsi Həsən kişidən əsgər və ordu qalmamışdı ki, kimsə ordan qovaydı. Müdafiə Nazirliyinin yenicə yaranmış silahlı qüvvələri rusların tabeçiliyində olan məşhur 23-cü diviziyanın silah-sursatın iyunun 5-də təhvil almışdı. Və cəmi bir həftəyə həmin silah sursatı təmir edib, döyüşə hazır vəziyyətə gətirərək Ağdərə əməliyyatını həyata keçirmişdi. Mən bunları xatırlatmağı özümə borc bilirəm.xa0
Yenə deyirəm, Surətin həmin dövrdə Müdafiə Nazirliyinin həmin əməliyyatını aparmasında heç bir əməyi olmayıb. Sadəcə səhra komandirləri ilə əlaqəsi ola bilərdi, onlara nələrdəsə yardım edə bilərdi, mən bunu inkar etmirəm, çünki ordumuz təzə yaranırdı. Amma Surət Huseynov kim idi ki, orda tank çıxardırdı. Surət indi müsahibəsində ürəyi istəyəni deyir, sinəsinə döyür ki, mən aldım. Qoy Surət aldığı tankların heç olmasa birinin ünvanını desin, yerdə qalanları mən ona hədiyyə edim. Surət Huseynov həddini aşır. Adama deyərlər ki, sən axı onda kim idin. Azərbaycan xalqının özlərini şəhid eləmiş, qazi olmuş qeyrətli balalarının əməyini hər kəs öz adına yazmasın. Allah xatirinə, Allah başımıza daş salar. Bu gün həm Bakıda, həm də bütün rayonlarımızda uyuyan şəhidlərimizin hesabına biz Dağlıq Qarabağın 52 faizini azad elədik. Bunu unutmaq olmaz. Bizim o dövrdə hansı nailiyyətimiz olubsa, qeyrətli balalarımızın qanı, canı bahasına əldə etmişik. Əhmədin, Məmmədin, Surətin indi nəyisə öz adına çıxmasıyla deyil.
Bir daha deyirəm ki, İsgəndər Həmidovun o ifadələri işlətməsinə inanmıram”x9d.xa0

İ.Həmidovun Musavata verdiyi sözügedən müsahibəni bu linkdən oxuya bilərsiniz: moderator.az/news/187095.html


Rumiyyə
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin