Məsələ ilə bağlı Bakı Şəhər Baş Dövlət Yol Polis İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədovla əlaqə saxlasaq da, ətraflı məlumatının olmadığını bildirdi:
"Hadisə barədə indicə xəbər tutmuşam. İlkin əldə etdiyim məlumata görə, iki nəfər hadisə yerindəcə keçinib, bir nəfər isə yaralıdır. Daha ətraflı məlumat əldə etməyə çalışıram. Hal-hazırda məndə olan məlumatlar bunlardır". Qeyd edək ki, 1995-ci il təvəllüdlü Nail Allahverdiyevin ötən ayın 19-da toy mərasimi baş tutub. O, Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyevin kürəkənidir. 21 yaşlı Nail biznesmendir, eyni zamanda xa0məşhur "Soho" klubun sahibidir.(PrimeTime.az)

































































































