“Yəqin benzinin qiymətini qaldırırlar ki, çox da uzağa gedə bilməyək”x9d.xa0
Ümid Partiyasının sədri, sabiq deputat İqbal Ağazadə Tarif Şurasının son qərarına münasibət bildirib.
İ.Ağazadə Moderator.az-a açıqlamasında deyib ki, Tarif Şurasının yeni qərarı ilə bağlı əsaslandırma indiyə qədərki açıqlamalarla ziddiyyət təşkil edir:
“Hökumətin Tarif Şurasının yeni qərarını əsaslandırması yerindədir acığı. Əsaslandırma da budur ki, iqtisadi vəziyyət çətindir, manat iki dəfə devalvasiya olub. Benzinin qiyməti isə yerində qalıb, qalxmayıb və ziyanla işləyir. Çünki manat həqiqətən də dəyərdən düşüb. Ancaq bu əslandırma bundan əvvəlki açıqlamalara ziddir. “Biz inkişaf edirik, iqtisadiyyatımız sürətlə inkişaf edir”x9d fikirləri ilə ziddiyyət təşkil edir.xa0
Mən bir dəfə Milli Məclisdə çıxışım zamanı bildirmişdim ki, hökumətimiz şagirdlərə bənzəyir. Valideyn şagirddən qiymətini soruşur və şagird əgər “5”x9d qiymət alıbsa, deyir ki, “5”x9d aldım. “2”x9d qiymət alanda isə həmişə deyir ki, “2”x9d verdilər. Hökumətimiz də təəssüf ki, bu tip məsələlərdən “2”x9d alır və aldığı qiyməti də boynuna götürmür. Deyir ki, “2”x9d-ni veriblər, bizdən asılı olmayan səbəblərdir. Amma bütün bu məsələlərin səbəkarı hökumətdir”x9d.
Partiya sədri benzinin qiymətinin yenə də qalxacağını deyib:
“Baş verən hadisələrin fonunda qiymət artımı qaçılmaz idi. Tarif Şurasının yeni qərarından sonra da digər məhsulların qiymətində artım olacaq. Proqnozlaşdırıram ki, dekabr ayına doğru manat bir daha devalvasiyaya uğrayacaq. O zaman yenə də benzinin, sonra da digər ərzaq məhsullarının qiyməti kəskin şəkildə qalxacaq. Çünki hökumət ciddi iqtisadi mövqe ortaya qoymur”x9d.xa0
Rumiyyə































































































