Ermənilərin yaşayış məntəqələrini atəşə tutması nəticəsində biri uşaq olmaqla iki mülki vətəndaşımızın həlak olması dünyanın bir çox dövlətlərinin təpgisinə səbəb oldu. Lakin nə qədər qəribə olsa da, Türkiyə istisna olmaqla, digər türk dövlətləri Azərbaycanın itkisini laqeydliklə qarşıladı, bununla bağlı diqqətəlayiq bir mövqe ortaya qoymadı.
Maraqlıdır, türk dövlətlərinin bu susqunluğu türk dünyası daxilində əlaqələrin yetərincə inkişaf etmədiyinin göstəricisi hesab edilə bilərmi?
Moderator.az-a açıqlama verən millət vəkili Fazil Mustafa məsələ ilə bağlı maraqlı fikirlər səsləndirdi:
“Məsələnin birinci tərəfi qeyd etdiyinizdir. Ikincisi isə budur ki, baş verənləri həmin dövlətlərin menyüsünə çıxartmaq lazımdır. Onlarla müəyyən iş aparmaq lazımdır. Burada əsas gözlənilən reaksiya Qazaxıstanın reaksiyası idi. Digərlərinin mövqeyində onsuz da problemlər var. Onlar bir çox hallarda məsələyə lokal düşüncə tərzi ilə yanaşırlar. Özbəkistan, Türkmənistan, Qırğızıstan kimi dövltlərin də bu istqiamətdə bilgilənirilməsinə ciddi ehtiyac var. Onların da məsələyə münasibət bildirməsi yaxşı olardı. Qazaxıstan bir çox məsələlərdə Azərbaycana dəstək verən bir dövlətdir. Bu baxımdan müəyyən işlər görmək olar”x9d.
xa0
Seymur Əliyev


































































































