“Müharibə başlasa, Ermənistan rüsvayçı məğlubiyyətə uğrayacaq”x9d

Hazırda oxunan: “Müharibə başlasa, Ermənistan rüsvayçı məğlubiyyətə uğrayacaq”x9d

181847

Son vaxtlar Azərbaycan-Ermənisdan təmas xəttində düşmənin verdiyi itkilərin sayı, sürətlə artmaqdadır. Maraqlıdır, ermənilərin hərbi müstəvidə artan itkiləri onları diplomatik müstəvidə də geri çəkilməyə vadar edə bilərmi?

Moderator.az”“a açıqlama verən millət vəkili Elman Nəsirov Ermənistanın baş verənlərdən nəticə çıxarmalı olduğunu bildirdi:

“Öncə onu qeyd edim ki, həmsədrlərin regiona səfəri başlayıb. Onlar iyunun 10-da Ermənistana, iyunun 11-də isə işğalçı rejimə səfər etdilər. Bu gün isə Azərbaycana səfər edirlər. Ermənistan XİN-nin rəhbəri E.Nalbəndyan həyasızcasına belə bir bəyanat verdi ki, həmsədrlər ünvanlı bəyanat səsləndirsinlər. Bu o deməkdir ki, onlar Azərbaycanı ittiham etsinlər. Burada Azərbaycanın”x9dadımı sənə qoyaram, səni yana ”“yana qoyaram”x9d məsəli yada düşür.

Digər bir reallıq isə ondan ibarətdir ki, ermənilər təmas xəttində atəşkəsi intensiv şəkildə pozur. Ordumuz isə ermənilərin layiqli cavabını verir. Həmsədrlərin regiona gəlişi ona hesablanıb ki, XİN rəhbərləri və prezdentlər səviyəsində görüşlər baş tutsun. Ermənilər atəşkəsi pozmaqla bunu əngəlləməyə çalışır. Lakin ermənilər də görür ki, xaincəsinə hədəf aldıqları bir Azərbaycan əsgəri müqabilində 6-7 erməni əsgəri məhv edilir. Cənab prezdentin dediyi kimi, axı sizin Qarabağda nə işiniz var ki, məhv ediləsiniz də? Rədd olub torpaqlarımızdan çıxın.

Bu itkilər ermənilər üçün dərsdir. Baş verənlər müharibə versiyasını aktuallaşdırır. Müharibə başlayacağı təqdirdə ermənilərin rüsvayçı məğlubiyyəti mütləqdir. Aprel döyüşləri bu həqiqəti çoxdan isbatlayıb”x9d

xa0

Seymur Əliyev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin