Moderator.az 17 iyunuda ölkəmizdə və dünyada baş vermiş hadisələrin qısa icmalını təqdim edir:
- Ordumuzxa0xa0iyunun 15-i və 16-da Qarabağ cəbhəsində düşməninxa06 hərbi qulluqçusunu xa0məhv edib. Ermənistan tərəfi ciddi təlaş yaşayır və cavab vermək üçün çağırışlar edilir.
- Nazirlər Kabineti “Akvakulturanın həyata keçirilməsi Qaydası”x9dnı təsdiq edib. Məlumata görə, akvakultura balıq və digər su bioresurslarının, o cümlədən nadir və nəsli kəsilməkdə olan növlərin bərpası və əmtəə məhsulu əldə edilməsi məqsədi ilə balıqçılıq su obyektlərində artırılması, yetişdirilməsi, saxlanması və rekreasiya üzrə fəaliyyətdir.
- Qazax rayonunda iki qardaşın suda boğulması ilə nəticələnən ailə faciəsi baş verib. Rayonun Dəmirçilər kənd sakini 10 yaşlı Bayramov Nihad Mürşüd oğlu və 9 yaşlı Bayramov Lətif Mürşüd oğlu kəndin ərazisində süni yaradılmış göldə boğulub. Qardaşların cəsədləri göldən çıxarılaraq ailələrinə təhvil verilib. Hər iki oğlunu itirən Mürşüd Bayramov hərbçidir.
- Biləsuvar şəhərində evdə yanğın hadisəsi baş verib, evdə olan ana və uşağı yanıb. Ağır yanıq xəsarətləri alan Gülnar Məmiyeva ilə 8 yaşlı oğlu Ümid xəstəxanaya çatdırılsalar da uşağın həyatını xilas etmək mümkün olmayıb. Ananın vəziyyəti isə orta-ağırdır.
-xa0Dövlət İmtahan Mərkəzi (DİM) Bakı, Sumqayıt, Abşeronda və Naxçıvan Muxtar Respublikasında yerləşən orta ümumtəhsil müəssisələrinin buraxılış siniflərində təhsil alan 76636 şagird (IX sinif üzrə 43781, XI sinif üzrə 32855) üçün mərkəzləşdirilmiş qaydada buraxılış imtahanları keçirib.
- Qətər böhranı ilə əlaqədar bu gün İstanbulda çıxış edən R.Ərdoğan konfliktin açarının Ər -Riyadda olduğunu bildirib: “Körfəzin lider dövləti Səudiyyə Ərəbistanıdır.Ümidvaram ki, krallığın höküməti Qətər ətrafında yaranmış gərginliyi tezliklə həll edəcək”x9d.xa0
- İŞİD lideri Əl-Bağdadinin Rusiya aviaasiyasının mayın 28-də vurduğu zərbələr nəticəsində öldürülməsi xəbərinin 15 gün sonra - iyunun 13-də elan edilməsinin səbəbi məlum olub. Üç gün əvvəl BMT-də Antiterror İdarəsi yaradılıb. Moskva istəyir ki, bu idarəyə onun adamı başçılıq etsin. Dünyanın bir nömrəli terrorçusunun, ABŞ-ın başına 25 milyon dollar qoyduğu İŞİD liderinin Rusiya tərəfindən məhv edilməsi Amerikanın əl-qolunun bağlanması, beynəlxalq aləmdə Rusiyanın müsbət obrazının yaranması deməkdir. Bu faktı önə çəkən ekspertlər Əl-Bağdadinin sağ olub-olmamasını Rakka alınanda bilinəcəyini vurğulayıblar.
- ABŞ Senatının antirusiya sanksiyalarının genişləndirilməsi qanun layihəsinə münasibət bildirən V.Putin bu sanksiyalarla Rusiyanın dalana dirənməyəcəyini, amma ABŞ-Rusiya münasibətlərinə daha pis təsir göstərəcəyini televiziya jurnalistinə müsahibəsində söyləyib.
































































































