Universitetlərə imtahansız qəbul Azərbaycan təhsil sisteminə nə qazandıracaq? - Ekspert rəyi

Hazırda oxunan: Universitetlərə imtahansız qəbul Azərbaycan təhsil sisteminə nə qazandıracaq? - Ekspert rəyi

180799
Xəbər verdiyimiz kimi, Azərbaycanda “Təhsil haqqında”x9d Qanuna yeni dəyişiklik edilməsi nəzərdə tutulur. Belə ki, yeni dəyişikliyə görə, universitetlərin nəzdində müvafiq hazırlıq kursları yaradılır və bu hazırlıq kursları vasitəsilə bakalavr pilləsinə imtahan vermədən qəbul həyata keçiriləcək. Kursların ödənişli olması nəzərdə tutulacaq. Dəyişiklik Milli Məclisin iyunun 13-də keçiriləcək növbədənkənar iclasında müzakirəyə çıxarılacaq.xa0
Hələ MM-də müzakirəyə çıxarılmamış bu dəyişiklik artıq cəmiyyət tərəfindən birmənalı qarşılanmayıb. Maraqlıdır, ali məktəblərə imtahansız qəbulun ölkənin təhsil sisteminə xeyri çox olacaq, yoxsa zərəri?xa0

Moderator.az məsələ ilə bağlı bir neçə təhsil ekspertindən münasibət öyrənməyə çalışıb.xa0





Professor Şahlar Əsgərov "Təhsil haqqında”x9d Qanuna ediləcək bu dəyişikliyin effektli olacağını bildirib: xa0
“Rusların belə bir misalı var: “Yaddan yaxşı çıxmış hər şey təzədir”x9d. Belə hazırlıq kursları sovet dövründə olub, 1960-cı illərdə. yaranma səbəbi də belə olubdur ki, həmin illərdə universitetlərin prestijli fakültələrinə fəhlə-kəndçi balaları düşə bilmirdi. Hüquq, tibb kimi fakültələrdə əsasən varlı təbəqənin uşaqları oxuyurdu. Ona görə həmin vaxt belə bir qanun qəbul edildi ki, fəhlə və kəndçilərin uşaqları ya kolxozdan, ya da zavoddan müsbət xasiyyətnama gətirməklə həmin fakültələrə düşə bilərlər və düşürdülər də. Bu da ona gətirib çıxarırdı ki, hüquq fakültəsində bir-iki dənə də fəhlə-kəndçi balası oxuyurdu.xa0
İndiki dövrdə Təhqil Qanununa belə bir dəyişiklik edilməsi də pis deyil. O mənada ki, bu dəyişiklik repititorluq sistemini sıradan çıxaracaq. Repititorluq zərərli və geridəqalmış bir təhsil üsuludur. Yüz il bundan qabaq bütün məktəblər repititor məktəbləri idi və həmin məktəblərdə sistemli şəkildə biliklər öyrədilmirdi, bir çox qüsurları mövcud idi. Güman edirəm ki, bu dəyişiklik repititorluq sisteminə qarşı atılan yüksək addım olacaq.
Ncaq bir məsələni anlaya bilmirəm ki, həmin hazırlıq kurslarına tələbələr indi hansı əsaslarla qəbul ediləcək. Təsəvvür edə bilmirəm ki, seçim necə gedəcək? Pulla olacaqsa, varlı da, kasıb da boğazəndan kəsib uşağı üçün verəcək. Pul hesabına da seçim etmək bazarı qızışdırmaq olar. O üzdən seçim məsələsi bir qədər analiz olunmalıdır, yəqin ki, qanunun müəllifləri bu barədə də fikirləşir”x9d.xa0



Təhsil eksperti Elçin Əfəndi isə yeni dəyişikliyi primitiv yanaşma kimi dəyərləndirib:xa0

“Diqqətinizə çatdırım ki, bu haqda Milli Məclisin 13 iyun tarixinə təyin olunan plenar iclasında qanun layihəsi bir sıra millət vəkili tərəfindən irəli sürüləcək. Bu isə qanun layihəsinin qəbul olunacağı anlamına gəlmir. Qanun layihəsində nəzərdə tutulan bir il ali məktəblərin özündə və ya nəzdində abituriyent hazırlıq keçməklə artıq o universitetin tələbəsi adını qazanmış hesab olunacaq. Bu isə olduqca primitiv yanaşmadır. Əvvəla ona görə ki, ali məktəblər tələbə hazırlayır. Tələbə hazırlamağa onlarda nə zaman, nə də mövcud imkanlar var. İkinci bir tərəfdən bu əksər abituriyentdə arxayınlıq yaratmaqla təhsilin keyfiyyətinin aşağı enməsinə gətirib çıxara bilər. Üçüncüsü isə, bu rüşvət və digər neqativ hallara yol aça bilər. Ona görə də fikrimcə, qanun layihəsi qəbul olmaya bilər. Olarsa belə, bu tez bir zamanda deyil, ali məktəblərin potensial imkanlarının yaxşılaşdırmasından sonra növbəti illərdə həyata keçirilə bilər”x9d.


Rumiyyə MİRASLAN

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin