Rövşən Lənkəranskinin qatili "mükafatını" alır: Obyektlərindən sonra bu dəfə status...

Hazırda oxunan: Rövşən Lənkəranskinin qatili "mükafatını" alır: Obyektlərindən sonra bu dəfə status...

178472
Azərbaycanlı "qanuni oğru" Rövşən Lənkəranskinin qətlində adı hallanan Şeyx Həmzət artıq "oğru" statusunun bir addımlığındadır. Artıq Şeyx Həmzətin "taclandırılmasına" hazırıq gedir və ona "oğru" statusunun verilməsinə bəzi dairələrdən dəstək gəlib.

Əvvəllər R.Lənkəranskinin yaxın ətrafına daxil olan, ancaq daha sonra onunla münasibətləri pisləşən Həmzət Qasdəmirov adlı bu şəxs indi “tac”x9da iddialıdır.

Bu məsələdə Şeyx Həmzətə kriminal aləmdə "Valter" ləqəbi ilə tanınan Vaiko Dedceanın dəstək verdiyi bildirilir.

Xatırladaq ki, Lənkəranskinin ölümündən sonra onun qətlində başqa versiyalarla yanaşı məhz bu məqam da xa0vurğulanıb. Lənkəranskinin qətlindən sonra onun xüsusilə Avropadakı bəzi obyektlərinin Şeyx Həmzətin nəzarətinə keçdiyi bildirilir.

Rövşən Caniyevin (Lənkəranski) ölümündən sonra Şeyx Həmzət Türkiyədən Almaniyaya gedib, ancaq tez-tez öz vətəni Çeçenistanda da görünüb. Son dəfə Qroznıda olanda o, ölümdən dönüb. Atılan güllələr Şeyx Həmzətin mühafizəçisinə dəyib. Ona qarşı sui-qəsdin də arxasında meyvə-tərəvəz bazarları uğrunda mübarizə dayanır.

Qasdəmirov hazırda Almaniyada yaşyır.Onun "taclandırılması" təşəbbüsünü Valter qaldırıb və nüfuzlu "qanuni oğru" Əzizdən dəstək istəyib. Əziz dəstəyini nümayiş etdirəcəyini, ancaq təşəbbüslə özünün çıxış etməyəcəyini bildirib. (Cebhe.info)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin