“Ermənilər bəzi nazirlikləri Şuşaya köçürüblər"

Hazırda oxunan: “Ermənilər bəzi nazirlikləri Şuşaya köçürüblər"

177839
Məlum olduğu kimi, qondarma Dağlıq Qarabağ Respublikası öz paytaxtını Şuşaya köçürməklə bağlı işləri sürətləndirib. Artıq qondarma respublikanın bir sıra nazirliklərinin Şuşaya köçürülməsi təmin edilib ki, bu da işağldakı tarixi Azərbaycan şəhərində məskunlaşmanın artacağı deməkdir.

Maraqlıdır, ermənilərin bu addımı Şuşa və digər ərazilərimizin işğaldan azad edilməsi yolunda əlavə çətinlik və problemlərə səbəb ola bilərmi? İşğaldakı torpaqlarımızda məskunlaşmanın artması sabah Azərbaycan ordusuna daha ciddi, daha kütləvi dirənişin göstəriləcəyi kimi dəyərləndirilə bilərmi?

Moderator.az -a açıqlamasında məsələyə münasibət bildirən siyasi şərhçi Elxan Mehdiyev hazırkı vəziyyətin o qədər də ürəkaçan olmadığına diqqət çəkdi:

“Azərbaycan torpaqlarını işğaldan azad etmək planının olub-olmadığı bütün ictimaiyyət üçün sual doğurur. Ermənilər 25 ildir ki, Şuşanı işğalda saxlayır, orada bayramlar, paradlar keçirirlər. Ötən ilin aprel döyüşlərindən sonra xalqda müəyyən ümidlər yaransa da, sonrakı proseslər zamanı bu ümidlərin üstündən xətt çəkildi.xa0

Ermənilər hazırda özlərini işğaldakı ərazilərdə daha sərbəst hiss edirlər. Aprel döyüşlərindən ən böyük nəticə çıxardan məhz ermənilər oldu. Onlar bütün cəbhə xəttini müasir silahlar və kameralarla təmin ediblər. Azərbaycan tərəfinin yerdəyişmələrini anbaan izləyirlər. Ermənilər “İsgəndər”x9d raketləri, müasir texnikalar alıblar. Danışıqlara isə getmirlər. Azərbaycan tərəfi bütün bunların müqabilində nə düşünür, nə edir, bu, bəlli deyil.xa0

Ermənilər bəzi nazirlikləri bir neçə il bundan öncə Şuşaya köçürüblər. xa0Məqsəd Şuşada məskunlaşmanı artırmaqdır. Orada ali təhsil ocağı açıblar. Müasir otellər inşa edilib. Şuşa ilə yanaşı Laçın, Kəlbəcər, Qubadlı, Zəngilanın da məskunlaşdırılması gedir. Bir sözlə, vəziyyət o qədər də ürəkaçan deyil”x9d.


Seymur Əliyev
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin