“Mahmudovla Əbiyevin əvəzindən çıxış etməyi məndən niyə soruşursunuz?”x9d

Hazırda oxunan: “Mahmudovla Əbiyevin əvəzindən çıxış etməyi məndən niyə soruşursunuz?”x9d

177643

Xəbər verdiyimiz kimi, bir qrup hərbi qulluqçunun və mülki şəxsin maddi əsas zəminində Ermənistanın xüsusi xidmət orqanlarına məxfi məlumatları ötürdükləri aşkar edilib və həmin şəxslər cinayət məsuliyyətinə cəlb olunub. Baş Prokurorluq, DİN, MN, DTX ”“nin məsələ ilə bağlı yayılmış birgə bəyanatının ardından bir sıra KİV-lərdə erməni kəşfiyyatına casusluq edən həmin hərbi qulluqçuların xa0Eldar xa0Mahmudovun xa0və müdafiə naziri Səfər Əbiyevin vaxtında ələ alındığı qeyd olundu.xa0

Moderator.az uzun müddət xa0Müdafiə Nazirliyində xa0idarə rəisi vəzifəsində xidmət etmiş Eldar Sabiroğlundan yayılmış xəbərlərlə münasibət öyrənib.xa0






E.Sabiroğlu əvvəlcə “Ehtiyatda olan yüksək rütbəli zabit olaraq döyüş bölgəsində vətənə xəyanət etmiş bir qrup hərbi qulluqçunun zərərsizləşdirilməsini necə izah edərdiniz?”x9d sualımızı cavablandırıb:

“Hadisəyə hamı kimi mən də üzgünəm. Keşkə olmayaydı. Azərbaycanın Silahlı Qüvvələri xa0hər bir vətəndaş üçün müqəddəsdir. xa0Ona xa0ən cüzi zədəni ürəyimizə dəyən xa0zərbə kimi qiymətləndirməliyik. xa0Ordu dövlətin xa0bel sütunudur. Ordunu qorumaq, onun nüfuz və dəyərini xa0cəmiyyət arasında yüksəltmək xa0hər birimizin borcudur. xa0Lakin qeyd etməliyəm ki, xa0dörd mühüm xa0dövlət orqanının xa0məlum hadisə ilə bağlı belə xa0bəyənatla çıxış etməsi boşuna deyil. Görünür, xa0çox ciddi vəziyyət yaranıb ki, bunu qapalı saxlamaq xa0mümkün olmayıb.xa0
Bu fikrimə görə məni tənbeh etməyə tələsməyin. Ordu elə bir sahədir xa0ki, burada baş verən hər hansı hadisənin ictimailəşdirilməsi məqbul xa0sayılmır. Dünyanın bütün ordularında xa0bu cür xa0və bundan daha xa0ağır hadisələr baş verir. İndi biz də xa0təəssüf ki, belə vəziyyətlə xa0üz-üzə qaldıq. xa0Məsələyə münasibət bildirərkən şərh və yanaşmalarımızda son dərəcə diqqətli olmalıyıq, Silahlı Qüvvələrimizin nüfuzunu hər an qorumağa çalışmalıyıq. Yəqin ki, istintaq əməliyyat qrupu xa0hər şeyi sonuna qədər xa0diqqətlə araşdırıb, cəmiyyəti xa0ətraflı məlumatlandıracaq. Lakin bununla yanaşı xa0bir məsələnin üzərindən də xa0sükutla keçə bilmirəm. Bəlkə səhv edirəm, qoy məni başa salsınlar. Etiraf edim ki, məlum bəyanat həm də bu cür sərt və çılpaq şəkildə cəmiyyətə təqdim edilməməli idi”x9d.xa0

MN-nin sabiq idarə rəisindən cinayət məsuliyyətinə cəlb olunmuş həmin hərbi qulluqçuların xa0Eldar xa0Mahmudovun və müdafiə naziri Səfər Əbiyevin vaxtında ələ alınması ilə bağlı yayılmış xəbərlərə də münasibət bildirməsini xahiş etdik:

“Mən belə işlərə qarışmaq istəmirəm. Çünki fikir və rəylərimin düzgün qarşılanmayacağına xa0bəri başdan əminəm. Düşdüyüm vəziyyəti bilirsiniz. xa0İstəmirəm ki, bunu bir qədər də ağırlaşdırım. Digər tərəfdən, axı nə üçün Eldar Mahmudovun və Səfər Əbiyevin əvəzindən çıxış etməyi məndən soruşursunuz? Onlara vəkil təyin edilməmişəm. Biri iki ilə yaxındır ki, işdən gedib, digəri isə artıq dörd ildir müdafiə naziri deyil. Bəs necə olub ki, Milli Təhlükəsizlik Nazirliyi həmin xa0müddətlərdə, yəni azından ötən dörd il ərzində bu hadisənin üzərini açıb, xa0təqsirkar şəxsləri ifşa etməyib? xa0Bu sual məni çox düşündürür”x9d.


Rumiyyəxa0

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin