Qazaxıstanın latın qrafikasına keçməsindən sonra Qırğızıstanda da latın qrafikasının qəbul edilməsi ilə bağlı parlament səviyyəsində təkliflər səslənməkdədir. Maraqlıdır, Qazaxıstan və Qırğızıstanın latın qrafikasına keçməsi Rusiyanın bu dövlətlərdəki mövqeyinin zəifləməsinə gətirib çıxarda bilərmi?
Moderator.az-a açıqlama verən sabiq millət vəkili, xalq şairi Sabir Rüstəmxanlı bu ehtimalın kifayət qədər zəif olduğunu vurğuladı:
“Təəssüf ki, əlifba islahatları, mədəni islahatlar siyasi islahatlarla bəzən paralel olmur. Biz Azərbaycanda latın qrafikasına keçidi türk dünyası həyatında böyük yenilik və dəyişikliyin başlaması kimi qəbul edirdik. Kiril əlifbasında olduğu kimi hər türk dövləti latın qrafikasını bir cür qəbul edib. Biz latın əlifbasını Türkiyədən bir neçə hərf fərqi ilə qəbul etmişik. Qazaxıstanınkı isə bizimkindən fərqli olacaq. Qırğızıstan isə çox güman ki, fərqli cür qəbul edəcək. Əlifba dəyişiklikləri isə ona gətirib çıxartmalı idi ki, biz bir-birimizin yazılarını sərbəst şəkildə oxuya bilərdik. Lakin qeyd etdiyimiz kimi, yenə də fərqlər olacaq. Odur ki, bu dəyişikliyin özlüyündə Rusiyanın bu coğrafiyadakı mövqeyinin zəifləməsinə səbəb olacağını düşünmürəm. Rusiyanın mövqeyinin zəifləməsi bu dövlətlərin ümumi iradəsindən, dünyada gedən proseslərdən asılı olacaq. Biz ümid edək ki, Rusiyanın bu dövlətlərdəki mövqeyinin zəifləməsinə yaxın gələcəkdə şahid olacağıq”x9d.
xa0
Seymur Əliyev
xa0































































































