Hər ay olduğu kimi, “Qanun”x9d Nəşrlər Evi fevral ayı ərzində ən çox satılan kitabların siyahısını açıqlayıb.xa0
Moderator.az Sputnik Azərbaycan-a istinadən xəbər verir ki, yeni siyahıya əsasən, ötən ayın ən çox satılan kitabı Bəhram Çələbinin müəllifi olduğu “Rövşən Lənkəranski”x9d kitabıdır.xa0
Yazıçı Bəhram Çələbi deyib ki, Lənkəranski mövzusuna müraciət etməsi təsadüfü deyil:xa0
“Mənim kriminal səpkidə 14 kitabım var. Kitabların çox satılmasının səbəblərindən biri mövzunun maraqlı olmasıdır. Əvvəl “Kriminal xronika”x9d qəzetində yazırdım. Qəzetin bütün tirajları maraqla oxunurdu”x9d.xa0
Yazıçı deyir ki, Lotu Bəxtiyar haqqında yazdığı kitabdan sonra ən çox satılan “Rövşən Lənkəranski”x9d romanı olub:xa0
“Sarı ədəbiyyat hər zaman oxucular üçün maraq doğurub. Rövşən Lənkəranski haqqında yazdığım kitab həcmcə bir qədər balacadır. İndi həmin kitabın geniş formatda ikinci nəşrini hazırlamaq istəyirəm”x9d.

































































































