“Mən nə xoşbəxt qadınam...”x9d

Hazırda oxunan: “Mən nə xoşbəxt qadınam...”x9d

171463

Sabiq millət vəkili, Fəlsəfə elmləri doktoru, professor Rəbiyyət Aslanovaxa0Moderator.az-a açıqlamasında Azərbaycan xanımlarını 8 Mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə təbrik edib.

Həmin təbriki olduğu kimi təqdim edirik:

“Azərbaycan xanımına ən böyük arzum, istəyim öz varlığını sevə-sevə, həzz ala-ala yaşasın. Bütün yaxınlarının, doğmalarının xoş günlərinin şahidi olsunlar. Dövlətimizin, millətimizin, xalqımızın sabahı naminə böyük qüdrətini, bacarığını ortaya qoymaq əzmində olsunlar. Arzu edirəm ki, ürəklərində olan bütün hisslər, bütün duyğular gerçəkləşsin. Azərbaycan qadınının bu gözəl məmləkətdə xoşbəxt olmağa haqqı var. Azərbaycan qadınının bütün imkanını, peşəkarlığını, bacarığını ortaya qoymaq üçün yaradılmış bu gözəl şəraitdə bu gözəl cəmiyyətin sabahı üçün məsuliyyət hissini yaşamağa haqqı var və O, bunu edir.xa0

Azərbaycan qadınları tarixən yaranmış ənənələri davam etdirən, onu sabaha ötürməyi bacaran, gözəl, sədaqətli, Vətənin sabahı üçün böyük məsuliyyət hissi ilə yaşayan övladlar tərbiyyə edib, böyüdən ən gözəl anadır, gözəl qadındır. Ona görə də xanımlara arzu edirəm ki, tək 8 martda deyil, ilimizin bütün günlərində gözlərini səhər açanda desinlər: “Mən nə xoşbəxt qadınam! Sevdiklərim yanımda, öz vətənimdə, öz torpağımda və bütün arzularımın çin olması üçün şərait yaradılmış bu gözəl dövlətdə yaşayıram!”x9d”x9d


Zəhra

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin