“Qiymət artımı ilə bağlı əsassız proqnozlar yalnız qeyri-peşəkarlıqla bağlı deyil”x9d

Hazırda oxunan: “Qiymət artımı ilə bağlı əsassız proqnozlar yalnız qeyri-peşəkarlıqla bağlı deyil”x9d

168721

Son vaxtlar bəzi media orqanlarında müxtəlif xidmət sahələrinin, ərzaq və qeyri-ərzaq məhsullarının qiymətinin kəskin şəkildə qalxacağı ilə bağlı heç bir rəsmi mənbəyə, ekspert rəyinə istinad etməyən əsassız proqnozlar yer almaqdadır. Hürküdücü başlıqlarla dövriyyəyə buraxılan, insanlarda pessimizm, ümidsizlik və gərginlik yaradan bu cür yazılarda yaxın gələcəkdə Azərbaycanda yaşamağın mümkünsüz hala gələcəyi ilə bağlı ciddi notlar yer almaqdadır.

Maraqlıdır, heç bir rəsmi və qeyri-rəsmi mənbəyə istinad etmədən, hansısa sirli, yaxud “etibarlı”x9d mənbəyə əsasən bu cür informasiyaların dövriyyəyə buraxılması media əxlaqı, jurnalist peşəkarlığı baxımından nə dərəcədə düzgündür?

Moderator.az-a açıqlama verən Mətbuat Şurasının sədr müavini, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli məsələ ilə bağlı maraqlı fikirlər səsləndirib:

“Bu məsələyə iki aspektdən yanaşmaq lazımdır. Birincisi bundan ibarətdir ki, bu məsələdə bəziləri qeyri-peşəkarlıq edir, sensasiya yaratmaq, auditoriya, “İP”x9d qazanmaq naminə bu cür yanlış informasiyalar verirlər. Hansı ki, belə yanlış informasiylar onların peşəkarlığına xələl gətirməklə yanaşı, bu media orqanlarına olan etimadı da azaldır, oxucu auditoriyasının zamanla azalmasına gətirib çıxardır. Lakin bu məsələlərin müşahidə və monitorinqi göstərir ki, bu cür hallar təkcə qeyri-peşəkarlıqla bağlı deyil. Bu, həm də qərəzli şəkildə müəyyən qüvvələr tərəfindən idarə olunan bir prosesdir. Azərbaycanda təmas xəttində atəşkəs pozulanda, gərginlik artanda, riskli hadisələr ortaya çıxanda və s. bu kimi informasiyalar gündəmə ötürülür. Məqsəd Azərbaycandakı sabitliyi pozmaqdır. Təsadüfi deyil ki, hər zaman ölkədə ciddi bir ajiotaj yaratmağa cəhdlər edilir. Bunun üçün yalançı informasiyalardan tutmuş, ən müxtəlif informasiyalardan istifadə edilir.

Maliyyə böhranı, qiymət artımı yalnız Azərbaycanda deyil. Bu, qlobal bir prosesdir və dünyanın hər yerində baş verir. Hökumətlər də bunun qarşısnı almaq üçün ciddi addımlar atır. Qiymət artımı ilə bağlı proqnozları hər hansı mənbəyə istinad etmədən, insanları narahat edəcək şəkildə dövriyyəyə buraxmaq kimi halların bir qismi qeyri-peşəkarlıqla bağlıdırsa, digər qismi də qərəzli qüvvələr tərəfindən idarə olunur. Lakin bu qüvvələr bilməlidirlər ki, onlar heç vaxt öz məqsədlərinə çata bilməyəcəklər”x9d.

xa0

Seymur Əliyev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin