«Hər kəsin şəxsi fikri, hadisələrə fərqli yanaşması ola bilər. Amma Səfəvi də bizimdir, Osmanlı da. Bir hamımız bir millətik. Bir milləti üz-üzə qoymaq düzgün deyil, insanlar narahat olurlar».
xa0
BunuModerator.az-aaçıqlamasındayazıçı, millətvəkili Aqil Abbas deputat Araz Əlizadənin fikirlərini şərh edərkən bildirib.
xa0
Aqil Abbas deyib ki, bütün dünyanın Türkiyənin üstünə düşdüyü bir zamanda biz qardaş dövlətin yanında olmalıyıq:xa0
“Türkiyə ilə bir olmalıyıq. Türkiyəyə söz deyənə birinci biz cavab verməliyik. Bu mənada gərək belə fikirlər səslənməyəydi. Biz Türkiyənin yanında olmalıyıq, Osmanlı da mənimdir, Səfəvi də. İki dövləti qarşı-qarşıya qoyan ziyalılar düz eləmirlər. Qaldı ki Nuru Paşaya... Nuru Paşa Azərbaycanı bolşeviklərdən, zir-zibildən təmizləyib. Nuru Paşa olmasa Bakı olmayacaqdı”x9d. xa0xa0xa0
Xatırladaq ki, deputat Araz Əlizadə mətbuata verdiyi müsahibədə Osmanlı dövlətinin, Azərbaycan Xalq Cümhuriyyətinin və Nuru Paşanın əleyhinə kəskin fikirlər səsləndirib.
Rəşad

































































































