“Lobbiçiliyə milyonlar xərclənib, hanı nəticəsi?”x9d

Hazırda oxunan: “Lobbiçiliyə milyonlar xərclənib, hanı nəticəsi?”x9d

167277

“Bu məsələdə qeyri-adi heç nə yoxdur. Sizin saytınızda Çörçilin nəvəsinin müsahibəsi verilmişdi. Dahi siyasətçinin nəvəsi hesab edirdi ki, bugünkü Rusiya-Qərb qarşıdurmasında Rusiya qalib görünür və yeganə səbəbi də rusların təbliğatlarını yüksək səviyyədə təşkil etməsidir. Tomaş Matseyçuku və onun kimilərini Ermənistanın, Rusiyanın, Azərbaycanın, ya da Ukraynanın müdafiəsi maraqlandırmır, onların yeganə marağı puldur. Bu, belə insanların biznesidir”x9d.xa0

Bunu Moderator.az-a açıqlamasında təhlükəsizlik məsələləri üzrə tanınmış ekspert İlham İsmayıl ermənilərə xidmət edən polşalı jurnalist Tomaş Matseyçukun Azərbayacana, Qarabağa qarşı təxribatına münasibət bildirərkən deyib.xa0

İ.İsmayıl Rusiya telekanallarının poşalı təxribatçının “at oynatmasına”x9d şərait yaratmasından da danışıb:xa0

“Tomaş Matseyçuk əvvəllər Rusiya-Ukrayna qarşıdurmasında Rusiyanın mövqeyində dayanıb, özünü tok-şouların ciddi iştirakçısına çevirə bildi. Göründüyü kimi ermənilər fürsəti fövtə verməyib, Matseyçuku ələ aldılar. Roman Babayanın onu efirdən qovmasından sonra ermənilər manevr etməyi ustalıqla bacardılar. "Qafqaz əsiri" filmində maraqlı bir deyim xa0var. "Kim bizə mane olursa, o da bizə kömək edəcək". Ermənilər Tomaşı ələ alıb yenidən efir imkanı yaratdılar. Ermənilər yaxşı anlayırlar ki, onların təbliğatını ermənilər aparanda effekti, təsiri dar çərçivəni əhatə edir. Başqa dövlətin vətəndaşı, xristian, danışıq qabiliyyəti olan, polemika aparmağı bacaran biri onlar üçün göydəndüşmə idi və buna nail oldular. Tomaş xa0biznesinin həm də erməni tərəfdən çiçəkləndiyini görəndən sonra bu işdən ikiəlli yapışıb.
Tomaş film çəkmək istəyir. O, yaxşı bilir ki, Rusiyanın, Ermənistanın mövqeyini istədiyi qədər müdafiə edə bilər, ona bu istiqamətdə qapılar həmişə açıqdır. Rusiya telekanalı ona şərait yaradacaq. Tomaş Matseyçuk da Feysbukdan başlayıb "sivilizasiyaların savaşı"ndan yazır, islam-xristian qarşıdurmasını qabardır”x9d. xa0xa0

Ekspert “Film çəkilməmiş Azərbaycan tərəfi hansısa tədbirlər görə bilərmi?”x9d sualımızı da cavablandırıb:xa0

“Matseyçuk filmini çəkəcək. Bizimkilər həmişə olduğu kimi gecikiblər. Rəsmi etirazımız belə Matseyçuku dayandırası deyil. Film növbəti təbliğatdır və yenilik deyil. Bu filmi çəkən kimi "Qarabağı ermənilərə verin" -deyib üstümüzə düşəsi deyillər, amma beynəlxalq ictimai rəydə ermənilərin xeyrinə bir bal da əlavə olunacaq və belə-belə "damıb göl olacaq"”x9d. xa0






İlham İsmayıl Azərbaycan rəsmilərinin təxribatçı Matseyçuk və onun kimiləri ilə bağlı nə kimi tədbirlər görməli olduqlarına da aydınlıq gətirib:xa0

“Bu məsələ hüquq mühafizə orqanlarının işi deyil. Bu istiqamətdə aparılan siyasət yanlışdır və indiyədək heç bir təsiri olmayıb. Niyə indiyədək Rusiya tok-şouları üçün həm öz vətəndaşımız olan, həm də Qərbi Avropa, elə Rusiya vətəndaşı olan politoloq, jurnalist, bir sözlə mütəxəssis hazırlamamışıq? Rusiya telekanalının aparıcı şəxsləri- Qusman, Kiselyov, kinorejissor Konçalovski Azərbaycana gəlib özlərini dost göstərib, milyonları ciblərinə qoya bilirlər, amma bizi müdafiə edə bilmirlər? Edərlər, amma bunu onlardan tələb edən yoxdur. Onlardan Qarabağla, xa0Ermənistan-Azərbaycan qarşıdurması ilə bağlı mövqe bildirmək tələb olunmayıb, bu adamlar çox böyük məbləğlər alıb ucuz reklam filmləri çəkiblər. Diaspora Komitəsi niyə bu işlə məşğul deyil? Diaspora Komitəsinin xaricdə ən böyük işi soydaşlarımızı bir yerə yığıb Novruz bayramı keçirməkdən xa0o yana keçmir. Bunu isə insanlar komitəsiz də keçirir. Bu, Qarabağ siyasətinin tərkib hissəsi olmalıdır. Xarici siyasətin vacib tərəflərindən biri kimi daim diqqətdə olmalıdır. Lobbiçiliyə milyonlar xərclənib deyirlər. Hanı nəticəsi? İtalyan deputata rüşvət verirlər ki, Azərbaycanda siyasi məhbusun olmadığını desin. Erməni də Tomaşa pul verir ki, çıx Rusiya televiziyasında Qarabağ məsələsini qaldır və Ermənistanın mövqeyini dəstəklə, münaqişəni xristian-islam qarşıdurması kimi təqdim et. Yevda Abramov çıxsın da Rusiya telekanallarına, desin ki, mən yəhudiyəm, deputatam və Azərbaycanın mövqeyini müdafiə etsin. Burda o qədər bizə multikulturalizmdən danışırlar ki. Bizə yox, Rusiya telekanallarında tok-şoularda çıxıb, dünyaya danışsınlar”x9d.

Qeyd edək ki, bu gün Moderator.az-da polşalı təxribatçı Tomaş Matseyçuk haqqında geniş yazı təqdim etmişdik. Yazını bu linkdən oxuya bilərsiniz: moderator.az/news/167202.html


Rumiyyə MİRASLAN
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin