“Bu, sadəcə biabırçılıqdır”x9d

Hazırda oxunan: “Bu, sadəcə biabırçılıqdır”x9d

164774

Türkiyədəki "İhramcızâde İlim Yayma Derneği"nin illahiyyatçılarından biri, nəqşbəndi təriqətinin mənsubu, Özünü "şeyx" kimi xa0təqdim edən Kərəm Önderin açıqlaması sosial mediada böyük maraqla qarşılanıb.

xa0

Kərəm Öndər deyib ki, hamamda olarkən ayaqyoluna getmək haramdır. Onun sözlərinə görə, üstəlik, hamamda çılpaq olmaq da günahdır.

xa0

Kərəm Öndərin fikrincə, müsəlman kişi və ya qadın hamamda olarkən əsla çılpaq çimməməlidir: "Müsəlman hamamda olanda orada cinlər və şeytanlar tərəfindən izlənilir".

xa0

Moderator.az Kərəm Öndərin bu fikirləri ilə bağlı ilahiyyatçı Elşad Mirinin fikirlərini öyrənib.

xa0

Elşad Miri deyib ki, bu fikirlərin heç bir əsası yoxdur: “Bu adamlar unudurlar ki, ərəb dilində işlənən və hədislərdə hamam sözü kimi işlənən söz bu dilə sonradan gəlib. Telefon sözü dilimizə sonradan keçdiyi kimi hamam sözü də peyğəmbərin dövründə işlənməyən sözlərdən biri idi. Çünki hamam anlayışı bizim indi anladığımız formada olmayıb. Ayaqyolu anlayışı belə bizdəki kimi olmayıb. İnsanlar evlərindən kənarda ayaqyolu məsələsini həll edərdilər. Hədislərə baxsaq görərik ki, o vaxt su ilə yumaq məsələsi də olmayıb, 3 daşla yumaq məsələsi gündəmdə olub. Bu insanlar nəyə əsasən bu fikirlər səsləndirirlər, anlaşılan deyil. Kərəm Öndərin dedikləri bıabırçı məsələlərdir. Belə məsələlərlə din anlayışından, islam anlayışından danışmaq biabırçılıqdır”x9d.xa0


Rəşad

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin