Hazırda həbsdə olan sabiq müstəntiq Rüfət Səfərovun atası Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin keçmiş rəhbəri Eldar Sabiroğlu Ədliyyə Nazirliyi Penitensiar Xidmətin rəisi general-mayor Ceyhun Həsənova müraciət edib.
Moderator.az həmin münasibəti oduğu kimi təqdim edir:
"Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin rəisi general mayor cənab Ceyhun Həsənova.
Hörmətli Ceyhun müəllim, keçmiş müstəntiq Rüfət Səfərovun hazırda Şirvan apellasiya məhkəməsində işinə baxılır. Buna qədər o, Bakı şəhər 1 saylı Kürdəxanı təcridxanasında saxlanlırdı. İndi onu Şüvəlanda yerləşən 2 saylı təcridxanaya köçürürlər. Rüfət Səfərovun əvvəlki saxlandığı təcridxanada qalmasına nə maneçilik törədir ki, belə bir dəyişiklik baş verir. Orada keçmiş müstəntiqin iki-üç nəfərlik kamerada yerləşdirilməsinə və təhlükəsizliyinin qorunmasına lazımi şərait varmı?xa0
Ola bilsin, bu fikrim tərəfinizdən qəribə qarşılansın. Lakin nədən belə düşündüyümü yəqin ki, qəbul etmək çətin olmazdı. Məncə əlavə izaha ehtiyac duymuram. Bununla bağlı öz narahatlığımı sizin diqqətinizə çatdırır və Rüfət Səfərovun əvvəlki 1 saylı təcridxanada qalmasına göstəriş vermənizi sizdən xahiş edirəm .
Hörmətlə Eldar Sabiroğluxa0
18.11.2016 22:35"































































































