“Onları buraxın, nəyə desəniz, qol çəkərəm”x9d -Qanqster kimləri qoruyur?

Hazırda oxunan: “Onları buraxın, nəyə desəniz, qol çəkərəm”x9d -Qanqster kimləri qoruyur?

158963
Bu gün ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin generalı Akif Çovdarov, idarə rəisləri - Səlim Məmmədrov, Akif Əliyev və Orxan Osmanovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Baxış iclası Bakı Hərbi Məhkəməsinin hakimi Həbib Həsənovun sədrliyi ilə Sabunçu rayon Məhkəməsinin inzibati binasında baş tutub.

Akif Çovdarov ötən iclasda vəkilləri Kamandar Nəsibov və Sadiq Rəsulovdan imtina etməsi barədə verdiyi ərizəsini geri götürüb. Şahin Rəfiyevin Çovdarovun yeni vəkili olması barədə orderi qəbul edilib. Akif Çovdarov hər üç şəxsin onu müdafiə etməsini istədiyini deyib.

Proses davam edir, jurnalistlər zala buraxılmayıb.

***

Akif Çovdarov məhkəmədə çıxış edərək onunla birgə saxlanılan Səlim Məmmədov, Akif Əliyev və Orxan Osmanovun azadlığa buraxılmasını istəyib: "Sizin məhkəməniz də, hökmünüz də mənə maraqlı deyil. Bu uşaqların heç bir günahı yoxdur. Bunları buraxın, nəyə desəniz qol çəkərəm".

Vəkil Sadiq Rəsulovun cinayət işinə xitam verilməsi, A.Çovdarov barəsində həbs-qətimkan tədbirinin ləğv edilməsi və ya ev dustaqlığına buraxılması barədə vəsatətləri təmin edilməyib.

Bundan sonra A.Çovdarov üçün xarici mütəxəsisslərin iştirakı ilə ümumi tibbi ekspertiza keçirilməsi barədə vəsatət verilib. Məhkəmə kollegiyası vəsatəti qismən təmin edib. Belə ki, A.Çovdarov barəsində ümumi tibbi ekspertiza təyin olunub, lakin xarici mütəxəssislərin iştirakına icazə verilməyib.

İşə yeni qoşulan vəkil Şahin Rəfiyev cinayət işi materialları ilə tanış olmaq üçün vaxt istəsə də, bu təmin olunmayıb.

Hazırda dövlət ittihamçısı ittiham aktını elan edir.(Qafqazinfo)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin