“Akif Çovdarovun keçmiş əməlləri ilə indiki hərəkətləri tərs mütənasibdir”x9d

Hazırda oxunan: “Akif Çovdarovun keçmiş əməlləri ilə indiki hərəkətləri tərs mütənasibdir”x9d

158917

Sabiq MTN generalı Akif Çovdarovun son məhkəmə prosesinə oksigen balonu ilə gətirilməsi, onun uzanıqlı şəkildə ifadə verməsi ölkə mediasında fərqli fikirlərə yol açıb. Bəziləri hesab edir ki, törətdiyi əməllərin ağırlığına baxmayaraq, oksigen balonuna möhtac bir şəxsi o vəziyyətdə məhkəmə zalına gətirmək düzgün deyil.

Məsələ ilə bağlı Moderator.az-a açıqlama verən Müzəffər Baxışov A.Çovdarov və bu qəbildən olan şəxslərə inanmağın çətin olduğunu, onun əvvəlki və indiki hərəkətləri arasında ciddi təzad müşahidə edildiyini vurğuladı:

“Əgər həqiqətən də A.Çovdarovun nəfəs almaq üçün oksigen balonuna ehtiyacı varsa, deməli onun xəstəliyi ağır xəstəliklər kateqoriyasına daxildir. Belə olan halda ona ayrılan icraat ən azı 30 gün müddətinə dayandırılmalıdır. Yox əgər müəyyən eləsələr ki, 30 gün müddətində onun sağalması mümkün deyil, onunla bağlı icraat dayanmalı və digər şəxslərin işi ayrıca icraata ayrılmalıdır. Yəni qanun CPM-nin 321-ci maddəsi bu məsələləri tənzəmləyir. Lakin mən bu məsələnin mahiyyətini bilmirəm. Ola bilsin ki, hakimlərdə bu barədə məlumat yoxdur və ya onlar düşünür ki, ortada imitasiya ola bilər. Çünki hərt şeyə də inanmaq olmur. A.Çovdarov kimi adamlara inanmaq çətindir. Çünki onun əvvəlki əməlləri ilə indiki hərəkətləri tərs mütənasiblik təşkil edir.

Amma bütün bunlara baxmayaraq, törətdiyi cinayətin ağırlığına, ictimai təhlükəlilik dərəcəsinə, ictimaiyyət arasında mənfi imicə sahib olmasına baxmayaraq o, həqiqətən dəxa0 xəstədirsə, o zaman onun səhhətinin həqiqi vəziyyətini müəyyənləşdirmək üçün həkim-ekspert qrupu yaradılmalı, onların rəyinə uyğun olaraq addım atılmalıdır”x9d.

xa0

Seymur Əliyevxa0

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin