"Qarabağda əsl ölüm-dirim mübarizəsi başlayacaq" -XƏBƏRDARLIQ

Hazırda oxunan: "Qarabağda əsl ölüm-dirim mübarizəsi başlayacaq" -XƏBƏRDARLIQ

154610
"Ermənistanla lokal deyil, total müharibəyə hazırlaşmalıyıq".

Bu fikirləri politoloq Elxan Şahinoğlu səsləndirib.

Elxan Şahinoğlu düşmənin hələ ağıllanmadığını bildirib: "Total müharibə yalnız Dağlıq Qarabağ və ətrafında cərəyan etməyəcək, müharibəni Ermənistanın daxilinə inikas etdirmək məcburiyyətində qalacağıq. Əlbəttə, bu zaman Naxçıvan üzərində də müəyyən təhlükə yaranacaq. Belə olarsa Naxçıvanın qarantörü kimi prosesə Türkiyə də qoşulmalı olacaq.xa0

Politoloqun sözlərinə görə, Rusiya Ermənistanı müdafiə etsə belə, bizə qarşı “İsgəndər”x9d raketlərindən istifadə ediləcəksə, biz də bunu cavabsız qoymayacağıq, əsl ölüm-dirim mübarizəsi başlayacaq: "Bu andan başlayaraq Rusiya-Türkiyə yaxınlaşmasının da bir anlamı qalmayacaq. Əlbəttə, bu fəlakət ssenarisidir. Ancaq məgər Azərbaycanın torpaqlarının işğalının davamı fəlakət deyilmi? İşğal davam edir, işğalçı geri addım atmır, üstəgəl böyük dövlətlər işğalçıya deyil, işğala məruz qalana təzyiq edirlər"./qaynarinfo/
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin